Xəbər lenti

"Qırmızı xətt - dövlət sərhədidir. Üzərinə basıldıqda dərhal cavab veriləcək. Biz buna hazırlaşırıq. Mən bu barədə vicdanla və açıq şəkildə deyirəm".

Oxu.Az-ın "BELTA"ya istinadən xəbərinə görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşündə hansı halda nüvə silahından istifadə ediləcəyi barədə danışarkən deyib.

O bildirib ki, NATO respublikaya hücum edən kimi, nüvə silahından istifadə ediləcək və bunu Rusiya Federasiyası da təsdiqləyir.

"Mən deyirdim ki, Belarusa hücum Üçüncü Dünya müharibəsi deməkdir. Sağ olsun, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına dəyişiklik etməklə bunu təsdiqlədi ki, Rusiya və Belarusa hücum ediləcəyi təqdirdə nüvə silahından istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.

"O mənim sözlərimi təsdiqlədi. Mənim bəyanatımın mahiyyəti də bundan ibarətdir. Onlar bizə hücum edən kimi, - NATO elə NATO-dur, amerikalılar və polyaklar - onlar artıq sərhəddə düzülüblər, xüsusən də Polşa sərhədində. Bilirik ki, Polşa rəhbərliyi artıq sevinclə əllərini ovuşdurur, biz nüvə silahından istifadə edirik. Rusiya da bizə görə məsələyə girişir", - deyə o əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 764          Tarix: 27-09-2024, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma