Xəbər lenti

Aaaa

İsrail İranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna tezliklə cavab verəcək.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında saxlanılan girovların yaxınları ilə görüşündə deyib.

Məlumata görə, nazir İsrailin İranın hücumuna tezliklə cavab verəcəyini bildirib.

“Bu, dəqiq və ölümcül cavab olacaq”, - Y.Qalant əlavə edib.

“Kan” dövlət televiziya və radio şirkətinin yaydığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu Y.Qalant və digər əsas nazirlərlə İrana hücumun parametrləri və vaxtını razılaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 806          Tarix: 15-10-2024, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma