Xəbər lenti

Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin tətbiqinə görə ölkə vətəndaşlarından üzr istəyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Yonhap" xəbər verib.

Dövlət başçısı, həmçinin, hərbi vəziyyəti təkrar tətbiq etməyəcəyinə söz verib və məsuliyyət daşımağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Yun Sok Yol dekabrın 3-ü gecə saatlarında hərbi vəziyyət elan edib. O, bu qərarını KXDR-dən gələn təhdid və azad konstitusiya quruluşunun qorunması zərurəti ilə əsaslandırıb. Prezident, həmçinin, müxalifəti qiyama hazırlıq üzrə dövlətə qarşı fəaliyyətdə ittiham edib.

Dekabrın 4-nə keçən gecə təcili iclasda - Yun Sok Yolun müraciətindən cəmi 150 dəqiqə sonra - parlamentdə olan 300 deputatdan 190-ı prezidentdən hərbi vəziyyəti dərhal ləğv etməyi tələb etmək üçün səs verib. Dekabrın 4-ü səhər tezdən - yəni millətə müraciətindən cəmi beş saat yarım sonra Yun parlamentin qərarını qəbul edəcəyini və hərbi vəziyyəti ləğv edəcəyini bildirib.

Polis ölkə prezidentinə qarşı dövlətə xəyanət ittihamı üzrə araşdırmaya başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 721          Tarix: 7-12-2024, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma