Xəbər lenti

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın həqiqətən də nüvə silahına malik olduğunu təsdiqləyib.

Oxu.Az-ın BELTA agentliyinə istinadən xəbərinə görə, bu sözləri Lukaşenko Borisov şəhərinə işgüzar səfəri zamanı deyib.

"Mən bura onlarla nüvə başlıqları gətirmişəm. Çoxu yazır ki, bu, zarafatdır. Hesab edirlər ki, biz heç nə gətirməmişik. Gətirmişik, onlar (opponentlər) zarafat olduğunu deyirlərsə, deməli, gözdən qaçırıblar. Buraya necə gətirdiyimizin hətta fərqinə belə varmayıblar", - deyə Belarus lideri bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 715          Tarix: 10-12-2024, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma