Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın danışıqlara hazır olmadığını deyib.

O, bu barədə “X”də yazıb.

O, qeyd edib ki, rəsmi Moskva müharibənin davam etdirilməsinə hazırlaşır.

V.Zelenski Rusiya ordusunun şəxsi heyətinin sayının artdığına diqqət çəkib: “Bütün tərəfdaşlar bundan xəbərdar olmalı və bunu aydın görməlidirlər”.

Dövlət başçısının sözlərinə görə, kəşfiyyat hesabatları təsdiq edir ki, Rusiya yeni hərbi bölmələr formalaşdırır: “Onların Şimali Koreya ilə əməkdaşlığı daha da genişlənəcək”.\\report.az




Ana səhifəyə qayıt        Baxış: 2 727          Tarix: Dünən, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma