Xəbər lenti

Türkiyə Moskva və Kiyevə öz ərazisində danışıqlar aparmağı təklif edib.

Oxu.Az xəbər verir ki, təklifi Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində səsləndirib.

"Biz hər iki tərəfə ərazimizdə danışıqlar aparmağı təklif edirik, lakin burada bəzi spesifik məqamlar var", - deyə H.Fidan vurğulayıb.

Türkiyənin XİN rəhbəri bildirib ki, hazırda Rusiya, Ukrayna və ABŞ ilkin danışıqlar mərhələsindədirlər.

"Məndə belə bir təəssürat yarandı ki, hazırda ABŞ sülh planı hazırlayır", - deyə H.Fidan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 812          Tarix: 17-02-2025, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma