Xəbər lenti

ABŞ dövlət katibi Marko Rubio Rusiya, ABŞ və Ukrayna prezidentləri Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüşün təşkili barədə danışmağı tez hesab edir.

Oxu.Az xəbər verir ki, o, bu barədə CNN telekanalında bildirib.

"Düşünürəm ki, bu barədə danışmaq tezdir, lakin biz bütün aspektləri təhlil etməliyik", - o qeyd edib.

Rubio əlavə edib ki, bu istiqamətdə iş kameralar və ictimaiyyət qarşısında aparılmır.




Ana səhifəyə qayıt        Baxış: 3 160          Tarix: Bu gün, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma