Xəbər lenti

 

Əfqanıstanın qərbində "Taliban" hərəkatının 2 üzvünün üzərindəki partlayıcı maddənin işə düşməsi nəticəsində qruplaşmanın 30 silahlısı həlak olub.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Fərəh vilayətinin rayonlarından birində baş verib. Vilayətin qubernatorunun nümayəndəsi Nasir Mehri bildirib ki, kamikadzelərdən ikisi silahlı qruplaşmaların rəhbərlərinin görüşü zamanı özlərini partladıb. O, əlavə edib ki, ölənlər arasında bir neçə səhra komandiri də var.

Qubernatorun nümayəndəsinin sözlərinə görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum planını müzakirə etmək üçün toplaşıblar.




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 11-08-2017, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma