Xəbər lenti

 Nepalda leysan yağışlarla əlaqədar  baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 49 nəfərin öldüyü bildirilirdi.

 Nepal daxili işlər nazirliyinin məlumatına əsasən, 23 nəfər itkin düşüb, 36 min yaşayış evi su altında qalıb, çox sayda iri və xırda buynuzlu heyvan tələf olub.

 Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 929          Tarix: 13-08-2017, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma