Xəbər lenti

Rumıniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Çernya ölkədə keçirilən prezident seçkisinin ikinci turuna "Rusiyanın müdaxiləsi" əlamətlərinin qeydə alındığını iddia edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, seçki prosesinə təsir etmək üçün "Telegram" messencerində "saxta xəbərlər kampaniyası" başlanıb.

Qeyd edək ki, Rumıniya prezidenti postu uğrunda müxalif millətçi Rumınların Birləşməsi Alyansının lideri Corce Simion və Buxarestin meri vəzifəsini tutan avropayönlü müstəqil namizəd Nikuşor Dan mübarizə aparırlar.




Ana səhifəyə qayıt        Baxış: 2 461          Tarix: 18-05-2025, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma