Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş yavəri polkovnik Ali Yazıcı prezidentə sui-qəsd iddiası üzrə keçirilən məhkəmə prosesində ifadə verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ali Yazıçı ona qarşı irəli sürülən ittihamları rədd edib.
“İyirmi dörd saat Ərdoğan ilə birlikdə idik. Yanımda zaman-zaman silahım da olub. Prezidentə qarşı sui-qəsd cəhdinə yardım etməkdə ittiham olunuram. Belə bir fikrim olsaydı, sui-qəsdi özüm də edə bilərdim”, - o bildirib.
Qeyd edək ki, Türkiyədə baş tutmayan 15 iyul 2016-cı il dövlət çevrilişində prezident Rəcəb Tayyib Ərdoğana qarşı təşkil olunan sui-qəsdin Prezident Sarayında planlaşdırdığı iddia edilir. Polkovnik-leytenant Emin Güven daha əvvəl ifadəsində bildirib ki, Ali Yazıçı, Prezident Qvardiyasının alay komandiri və qərargah polkovniki Fırat Alakuş plana son formanı verib.
“15 iyul saat 15.30 radələrində Qvardiya Alayına çatdıq. Qvardiyanın alay komandiri və prezidentin baş yavəri Ali Yazıçı mülki şəxsdir. Masanın üzərində otel və ya istirahət kəndi ola biləcəyini söylədkdə, üzərində "Marmaris" yazılmış coğrafi təhlil sistemi, peyk görüntüləri və planlar var idi. Prezidentin yeri öyrəniləcək və bir dəstə gedib prezidenti götürəcəkdi. Amma tam yerini bilmirdilər. Prezidentin olması ehtimal edilən yerlər xəritədə işarələnmişdi. Yavər Ali Yazıçının vəzifəsi Marmarisə gedərək prezidentin yerini müəyyən etmək və koordinatlarını Qərargah polkovniki Fırat Alakuşa bildirmək idi", - o söyləyib.
Paylaş: