Xəbər lenti

Hazırda Pokrovsk şəhərində azı 250 rus işğalçısı var. Onlar döyüşlərə girir və xüsusilə də PUA operatorlarını mövqelərdə atəşə tuturlar.

Axar.az xəbər verir ki, bu barədə Pokrovsk və Mirnoqrad bölgələrində fəaliyyət göstərən iki briqadanın zabitləri “Ukraynska Pravda”ya məlumat veriblər.

Onların sözlərinə görə, şəhərə olan logistika tamamilə dronların nəzarəti altındadır, ukraynalı hərbçilər mövqelərə piyada 10–15 kilometr məsafə qət edirlər və vəziyyət son dərəcə kritikdir.

“Piyada bölmələri demək olar ki, idarəetmədən kənarda qalıb. Biz onları yalnız radiodan eşidirik, su çatdırmağa çalışırıq. Adamlar 2,5–3 ay mövqelərdə qalır. Bizim briqada üçün bu çox uzun müddətdir, çünki adətən rotasiya aparmağa çalışırdıq. Elə təkcə Pokrovskun özündə, mənim bildiyim qədər 250 rus var, amma əslində bu rəqəmin daha çox olduğunu düşünürəm”, - ukraynalı zabitlərdən biri qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 761          Tarix: Bu gün, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma