Fransa prezidenti Emmanuel Makronun Ukraynaya "Mirage" qırıcıları və "Aster" raketləri veriləcəyinə dair bəyanatı onun bu münaqişəni uzatmaq niyyətindən xəbər verir.
Oxu.Az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu müdhiş qalmaqala son verin! Bu, müharibəni davam etdirmək, silahlı qüvvələrimizi və Fransanı müflis etmək deməkdir! Ukraynaya bircə silah, bircə avro və şəksiz ki, bircə əsgər belə verilməməlidir!" - deyə Filippo yazıb.
Fransa rəsmən elan edib ki, 2026-cı ildə öz qoşunlarını Ukraynada yerləşdirmək niyyətindədir. Fransa Quru Qoşunlarının Baş Qərargahı Ukraynaya yeddi min hərbçi göndərməyə hazırdır.
Üstəlik, Emmanuel Makron "istəklilər koalisiyası"nın görüşündə Ukraynaya "Aster" raketləri və "Mirage" təyyarələrinin tədarük ediləcəyini bildirib. Volodimir Zelenski vurğulayıb ki, Ukraynanın müttəfiqləri onun ölkəsini dəstəkləyən tədbirləri razılaşdırıblar, lakin "Putini müşkülə salmaq üçün" bunları açıqlamaq niyyətində deyil.
Paylaş:




























