Xəbər lenti

Türkiyə xarici işlər naziri Hakan Fidanın müavini Nuh Yılmaz Suriyaya səfir təyin olunub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Qeyd olunub ki, Hakan Fidan ölkənin xarici nümayəndəliklərində və səfirliklərində xidmət edəcək şəxslərin yeni vəzifələrini açıqlayıb və müavini Nuh Yılmazın Dəməşqdə diplomatik fəaliyyətini davam etdirəcəyini bildirib.

Nuh Yılmaz Hakan Fidan ilə birlikdə 2013-2023-cü illərdə Milli Kəşfiyyat Təşkilatında (MKT) mətbuat müşaviri vəzifəsində çalışıb.

Türkiyənin Suriyadakı hazırkı səfiri Burhan Köroğlunun yeni vəzifəsi ilə bağlı isə məlumat verilməyib.




Ana səhifəyə qayıt        Baxış: 2 987          Tarix: Bu gün, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma