Son 3 ildə trilyonlarla rubl büdcə vəsaiti yönəldilən və Rusiya iqtisadiyyatını dəstəkləyən hərbi-sənaye kompleksində ciddi azalma qeydə alınıb.
Musavat.com Rosstat-ın məlumatına istinadən xəbər verir ki, Ukraynada işğalçı müharibənin başlanğıcından bəri ilk dəfə olaraq əsas hərbi-sənaye sektorlarında böyümə dayanıb, bəzilərində isə azalma ilə əvəz olunub.
Belə ki, müdafiə sənayesinin əsas seqmentlərindən biri olan metal məhsullarının istehsalı sentyabr ayında gözlənilmədən illik müqayisədə 1,6 faiz azalıb, halbuki əvvəllər 20-30 faiz sabit şəkildə böyüyürdü.
Tankların, piyada döyüş maşınlarının və digər avadanlıqların ("digər nəqliyyat vasitələri") istehsalı avqust ayında 61 faizlik artımdan sentyabrda 6 faizə düşüb və avqust ayı ilə müqayisədə 20 faiz azalıb.
Dövlət müqavilələrinə əsaslanan maşınqayırma sənayesi avqust ayında 15,7 faizlik artımdan sonra sentyabrda 0,1 faiz azalıb.
Analitiklər hesab edirlər ki, müdafiə sənayesi artıq iqtisadiyyatı dəstəkləmir və büdcə kəsiri ilə üzləşir. Bu, artıq bütün sənayeyə təsir göstərir, çünki ümumi istehsal indeksi əvvəlki aya nisbətən səkkiz dəfə az olmaqla cəmi 0,4 faiz artıb.
İqtisadçılar xəbərdarlıq edirlər ki, büdcə kiçilməyə davam edərsə, sənaye və Rusiya iqtisadiyyatında artım daha da yavaşlamağa başlayacaq.
Paylaş:




























