On yeddi yaşlı Musa Ukabir İspaniyanın Barselona şəhərində terror aktının törədilməsində əsas şübhəli şəxsdir.
Publika.az xəbər verir ki, bu haqda “El Mundo” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Musa mikroavtobusu insanların üzərinə sürdükdən sonra cinayət yerindən gizlənib. Qəzetin məlumatına görə, o, silahlı ola bilər.
Daha əvvəl Kataloniyanın hüquq-mühafizə orqanları terror aktını törədən şəxsin silahlı olmadığını açıqlayıb.
Qeyd edilir ki, Musa Ukabir daha əvvəl terror aktı törətməkdə şübhəli bilinən Dris Ukabirin qardaşıdır. Mikroavtobusun içində də məhz Dris Ukabirin pasportu tapılıb. O, Barcelonanın şimalındakı Ripoll şəhərində dünən gecə polisə gedərək təslim olub və günahsız olduğunu, pasportunun qardaşı tərəfindən oğurlandığını deyib. Dris Ukabir saxlanılıb.
Paylaş: