Xəbər lenti

Livan ordusu Suriya ilə sərhəddə İŞİD terror qruplaşması əleyhinə əməliyyata başladığını bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" təhlükəsizlik orqanındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Livan ordusu İŞİD-in mövqelərinə Raas-Baalbey yaşayış məntəqəsi yaxınlığında hücum etməyi planlaşdırır. O, qeyd edib ki, hərbçilər raketlərdən, artilleriyadan və hərbi vertolyotlardan istifadə edəcəklər.

Ordu son iki həftə ərzində terrorçuların mövqelərini intensiv atəşə tutub. Hərbi ekspertlərin sözlərinə görə, əməliyyatlar Livan ərazisini terrorçulardan təmizləmək üçün quru qoşunlarının hazırlığıdır.

 




Ana səhifəyə qayıt        Baxış: 907          Tarix: 19-08-2017, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma