Xəbər lenti

Avstraliyanın Melburn şəhərinin şimal-qərbindəki bölgə terror təhlükəsi səbəbindən mühasirəyə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerində istehkamçılar və bomba zərərsizləşdirilməsi üzrə robot işləyir.

Hazırda istehkamçılar qrupu robot vasitəsilə küçədə dayanmış avtobusu araşdırır. Hadisə yerinə həmçinin yanğınsöndürmə briqadası da cəlb olunub.

Mümkün bombanın zərərsizləşdirilməsi işləri yerli hakimiyyət orqanlarının - Muni-Velli şəhər Şurasının, kitabxana və polis şöbəsinin yaxınlığında baş verir.

Şuranın binasına giriş bağlanıb, lakin əməkdaşlar təxliyyə edilməyiblər.

 




Ana səhifəyə qayıt        Baxış: 764          Tarix: 21-08-2017, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma