Xəbər lenti

Jurnalist başıaçıq qadınları soyulmuş pomidora bənzətdi - QALMAQAL

Türkiyədə "Yeriyən Böyük Şərq Simpoziumu" adı altında keçirilən iclasda qadın mövzusu müzakirə olunub.

Müzakirə zamanı hicab bağlamayan qadınlar soyulmuş pomidora bənzədiliblər.

Publika.az xəbər verir ki, bu bənzətmə "Hürriyyət" qəzetinin yazarı Əhməd Hakanı hiddətləndirib.

O, çıxış edərkən qadını soyulmuş pomidorla müqayisə edənlərə sələnib:

"Müsəlman qadın hicab bağlamalıdır. Hicabsız qadın qabığı soyulmuş pomidor kimidir. Qabığı soyulmuş pomidoru heç kim almaq istəməz" kimi fikirlər səsləndirənlərin Şərq Külliyatı qadınları ilə bağlı fikir söyləmək haqqları yoxdur".

Əhməd Hakan onu da qeyd edib ki, Böyük Şərqin qurucularından olan Nəcib Fazilin həyat yoldaşı Neslihan xanım hicab bağlamayıb:

"İndi bu nə deməkdir? Demək istəyirsiz ki, Neslihan xanım da qabığı soyulmuş pomidor kimi idi?!"

Bir qadına əşya kimi deyil insan olaraq qiymət verilməsinin tərəfdarı olan jurnalist onu da qeyd edib ki, qadınlar haqqında alınası və ya satılası obyekt, əşya kimi fikir səsləndirənləri şiddətlə qınayır.




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 5-09-2017, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma