Xəbər lenti

Rza Zərrab məhkəməyə ayaqları qandallı gətirildi

ABŞ-ın federal həbsxanasından azadlığa çıxarıldığı iddia edilən, əslində isə sistemdəki texniki çatışmazlıq səbəbi ilə yeri dəyişdirilən Rza Zərrab məhkəmə qarşısına çıxıb.

Publika.az xəbər verir ki, o, hakimlərin qarşısına ayaqları qandallı və saçları qısa kəsilmiş formada çıxarılıb.

Məhkəmədə R.Zərraba ittihamnamə oxunub. Türkiyənin keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan və Xalq Bankın direktoru Süleyman Aslan da təqsirləndirilən şəxslər kimi istintaqa cəlb ediliblər.

R.Zərrab vəkili vasitəsilə hakimlərə günahsız olduğunu bildirib. Təqsirləndirilənin vəkili Ben Brafman isə ittihamların və həbs cəzasının artırılmasına qarşı müdafiənin hazırlanması üçün məhkəmədən vaxt istəyib.

Genişləndirilən ittihamnaməyə Zərrabın ABŞ-ın İran sanksiyalarına müdaxilə etmək və ABŞ maliyyə sistemi vasitəsilə bankları aldatmaq cinayətləri ilə bağlı yeni dəllilər əlavə edilib.

Qeyd edək ki, təxminən 1 il öncə hakim qarşısına çıxan Rza Zərrab həbs olunduqdan sonrakı ilk məhkəməsi xaric, heç vaxt məhkəmə salonuna qandallı formada çıxarılmamışdı.




Ana səhifəyə qayıt        Baxış: 768          Tarix: 12-09-2017, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma