Xəbər lenti

 Məğlubiyyətə uğradığını güman edən İŞİD terror qruplaşması nəzarət etdiyi  ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in yeni çağırış və təhlükələr departamentinin direktor müavini Dmitri Feoktistov bildirib.   

 Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən  maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki qeydə alınır.

 “Aydındır ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək”, - deyə  Dmitri Feoktistov bildirib.




Ana səhifəyə qayıt        Baxış: 589          Tarix: 13-09-2017, 07:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma