ABŞ İŞİD terror qruplaşmasının əcnəbi silahlılarına dair məlumat bazası yaradır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyada xüsusi nümayəndəsi Brett Makqerk bildirib.
Onun sözlərinə görə, “İnterpol”un dəstəyi ilə yaradılan bazaya 18 min şəxs barədə məlumat daxil edilib.