Xəbər lenti

 Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror qruplaşmasının üzvlərini saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, terrorçular paytaxt Moskvada nəqliyyatın obyektləri və böyük ticarət mərkəzlərində terror aktlarını planlaşdırırdılar.

Tutulanlardan biri İŞİD-in emissarı, partlayıcı qurğuların istehsalı üzrə mütəxəssis və terror aktlarının hazırlığı üzrə kuratordur. Digər iki terrorçunun isə kamikadze olduğu bildirilir.

Qeyd edilir ki, terror qrupu Rusiya və Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarıdır.




Ana səhifəyə qayıt        Baxış: 808          Tarix: 14-08-2017, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma