Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT-nin yeni sanksiyalarını pisləyib və onları qəti surətdə rədd edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda KXDR-in Cenevrədəki səfiri Xen Tey Sun bildirib.
O, BMT Təhlükəsizlik Şurasının qərarını qanunsuz adlandırıb.
”Vaşinqton rejimi Koreya Xalq Demokratik Respublikasının nüvə gücünün inkişafının dayandırılmasına yönəldilmiş vəhşi oyunla siyasi, iqtisadi və hərbi qarşıdurmanı alovlandırır. Bu oyun artıq son mərhələyə daxil olub”, - şimali koreyalı diplomat deyib.
KXDR-in nümayəndəsi ABŞ-ın ünvanına təhdidlərlə çıxış edib: “Koreya Xalq Demokratik Respublikasının qarşıdakı cavab addımları ABŞ-ı ağrıdan ən böyük əzab çəkməyə məcbur edəcək. Bu, onların tarixdə nə vaxtsa gördüyü ən böyük əzab olacaq”.
Paylaş: