Xəbər lenti
Dünən, 19:25

 

Suriyanın Rəqqa şəhəri ətrafında İŞİD-in bu şəhər üzrə hərbi əmiri 4 silahlı ilə  "Suriya Demokratik Qüvvələri" adlandırılan qüvvələrə təslim olublar.   

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib.  
Qeyd edək ki, hazırda İŞİD-in bir müddət "paytaxt"ı hesab edilən  Rəqqa şəhərinin azad edilməsi uğrunda  döyüşlər davam edir.     
Şəhərə humanitar yardımların çatdırılması xeyli çətinləşib. Hazırda döyüşlər Rəqqanın tarixi mərkəzi hesab olunan hissəsində gedir.




Ana səhifəyə qayıt        Baxış: 588          Tarix: 14-09-2017, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma