Xəbər lenti
Dünən, 19:25

 

Sinqapurun ilk qadın prezidenti, 63 yaşlı Halima Yakob cümə axşamı günü and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Halima Yakob prezident postunda irqindən, dilindən və dinindən asılı olmayaraq ölkənin hər bir vətəndaşına xidmət edəcəyini bildirib.

Channel NewsAsia telekanalının məlumatına görə, Yakobun dövlət başçısı postuna seçilməsi tənqid dalğası doğurub. Belə ki, digər namizədlərin yoxluğu səbəbindən o, səsvermə keçirilmədən ölkə prezidenti olub.

Əvvəlcə prezident seçkilərində daha dörd namizədin iştirakı planlaşdırılırdı. Lakin müxtəlif səbəblərdən onların hamısının namizədliyi rədd edilmişdi. İki nəfərin namizədliyi malay icmasından olmadıqları üçün qeydə alınmamışdı. Bu meyar yerli hakimiyyət orqanlarının ötənilki qərarı ilə əlaqədar idi. Belə qərar çıxarılmışdı ki, 2017-ci ildə prezident kürsüsü uğrunda yalnız malaylar mübarizə apara bilərlər. Digər iki namizədə isə dövlət işində və ya böyük şirkətlərin rəhbərliyində müvafiq təcrübələri olmadıqları üçün etiraz bildirilmişdi.

Sinqapur parlament respublikasıdır və orada icra hakimiyyəti əsasən Baş nazir başda olmaqla Nazirlər Kabinetinə məxsusdur. Məhdud səlahiyyətlərə malik ölkə prezidenti isə yalnız təmsilçilik missiyası həyata keçirir. Bununla belə, o, kadr məsələləri ilə bağlı qərarlara veto qoya bilər.




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 14-09-2017, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma