Xəbər lenti

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində Ukrayna prezidenti Petr Poroşenko ilə görüşəcək.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Herbert Makmaster brifinqdə bildirib.

O, qeyd edib ki, Tramp sentyabrın 21-də Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Makmaster son illər sonuncu iki ölkənin suverenliyinə qarşı hücumların olduğunu bildirib.

Xatırladaq ki, Petr Poroşenkonun Donald Trampla son görüşü iyunun 21-də baş tutub.




Ana səhifəyə qayıt        Baxış: 886          Tarix: 16-09-2017, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma