Ukrayna prezidenti Pyotr Poroşenkonun komandası Ukraynanın cənub-şərqində münaqişənin nizama salınmasında ABŞ prezidenti Donald Trampda maddi cəhətdən maraq oyatmaq üçün plan hazırlayıb.
Publika.az xəbər verir ki, bu haqda Ukrayna prezidentinin administrasiyasına yaxın mənbəyə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb.
“Bizim təkliflərimizin mahiyyəti ondan ibarətdir ki, Donbasda dağıdılmış infrastrukturun bərpası üçün müqavilələrin 90 faizi Amerika şirkətlərinə çatacaq. Amma bunun üçün, təbii ki, Donbasın Ukraynanın nəzarəti altına qaytarılması lazımdır. Bunun üçün isə Vaşinqton prosesə aktiv cəlb olunmalı və Tramp administrasiyası tərəfindən Moskvaya əlavə təzyiqlər göstərilməlidir”, - mənbə deyib.
O həmçinin əlavə edib ki, biznesmen olduğu nəzərə alınaraq, plan Trampa təqdim edilib.
Qeyd edək ki, Pyotr Poroşenko iyunun 20-də Donald Trampla görüş keçirib. Ukrayna prezidentinin sözlərinə görə, görüş “dəyərli və çox ətraflı” olub.
Paylaş: