Xəbər lenti

 İranı super bomba hazırlamağa ABŞ məcbur etdi.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının deputatı Yuri Şvitski deyib.

“Əgər həqiqətən də belə bir bomba icad edilibsə, deməli silah yarışının idarə edilməsində ABŞ və müttəfiqlərinin rolu var. ABŞ tərəfindən təhdid edilən ölkələr hərbi potensialı artırmaq zərurəti görür. Buraya Şimali Koreya, İran da daxil edilə bilər. Biz hansı ölkə olmasından asılı olmayaq hərbi potensialı artırmağı dəstəkləmirik. Lakin bununla bərabər ABŞ və müttəfiqlərinin təhdidedici təxribatlarını qınayırıq”, - deputat bildirib.

Qeyd edək ki, İran generalı Əmirəli Hacızadə ölkəsinin super bombaya sahib olduğunu iddia edib.




Ana səhifəyə qayıt        Baxış: 266          Tarix: 17-09-2017, 08:56      


Paylaş:   

Ən çox oxunanlar