Xəbər lenti
Dünən, 19:25

ABŞ Prezident Administrasiyasında xarici vətəndaşların ölkəyə gəlişinə dair qaydaların sərtləşdirilməsinin vacib olduğunu hesab edirlər.

"Report"un ABC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Gerbert Makmaster deyib.

"Amerikanların yaxşı qorunmasını təmin etmək və bu insanların kim olduğunu bilmək lazımdır. Əgər siz ölkə ərazisinə daxil olan insanların kimliyini effektiv yoxlaya bilmirsinizsə, onların gəlişinə icazə verməməlisiniz", - o qeyd edib.

G.Makmasterin sözlərinə görə, terrorçuların hərəkətini beynəlxalq səviyyədə çətinləşdirmək lazımdır: "İlk növbədə, yoxlama sistemini yaxşılaşdırmaq və hökumətlər arasında informasiya mübadiləsi səviyyəsini yüksəltmək vacibdir.

Müşavir həmçinin Ağ evdə Londonda baş vermiş terror aktı ilə əlaqədar olaraq miqrasiya siyasətinin sərtləşdirilməsinə dair müzakirələrin aparılmasını təsdiqləyib. 

 




Ana səhifəyə qayıt        Baxış: 275          Tarix: 18-09-2017, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma