Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Rusiyanı Əsədə verdiyi kor-koranə dəstəyi sona çatdırmağa çağırıram. Qaz hücumlarını və qəlpələnən bombaları dayandırın, ehtiyacı olanlara yardımların çatmasına icazə verin, gerçək bir atəşkəsi təmin edin və Əsədsiz rejimə doğru siyasi keçid prosesini başladın!"
Ovqat.com xəbər verir ki, bu çağırışı İngiltərənin Xarici İşlər naziri Boris Conson parlamentin Avamlar kamerasında çıxışında səsləndirib.
Nazir Rusiyanın Suriyadakı milli maraqlarının olduğunu da qəbul edib, amma bu maraqların Bəşər Əsədi dəstəkləməklə həyata keçirilməsini qınayıb.
O, Rusiyanın “bombanı Əsəd rejimi atmadı” iddiasıyla da razılaşmır. Çıxışında kimyəvi silahların anbarı kimi tanınan Şayrat aerobazasından qalxan Suriyaya aid iki təyyarənin hadisə zamanı Xan Seyhun üzərində olduğunun şahidlər tərəfindən təsdiqləndiyini bildirən Conson iddiasını digər dəlillərlə də əsaslandırmağa çalışıb:
"Qurbanlardan alınan ekspertiza nümunələri onların Bəşər Əsəd rejiminin istifadə etdiyi sarin qazına məruz qaldıqlarını göstərir. Burdan isə yalnız bir tək nəticə çıxır, o da Əsəd rejiminin öz xalqına qarşı qaz bombalarından istifadə etməsidir".
BMT-nin Əsəd rejiminin 2014 və 2015-ci ildə üç dəfə kimyəvi hücum törətdiyinin daha əvvəl də təsbit etdiyini xatırladan nazir rejimin cəzalandırılmasına Rusiyanın maneə törətdiyini deyib. Onun fikrincə, ABŞ-ın Suriyaya yönəlik hava əməliyyatlarının məqsədi bu ölkəni dirəndiyi dalandan qurtarmaq və siyasi həll yolunun önünü açmaqdır, amma Rusiyanın mövqeyi bu istəyin reallaşmasına imkan vermir:
"Bu, ancaq Rusiyanın Əsədin müzakirə masasına gətirməsi və Suriyada sülhün bərqərar olması naminə tək şans olan yeni hökumət qurmaqla mümkündür”.
Qeyd: İngiltərə Xarici İşlər nazirinin bu çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri “Rusiyanın Suriyada maraqlarının olmasını” qəbul etdiyini bildirməsidir. Bu fikirlərlə nazir sanki Rusiyaya “Əsədsiz hökumət quruculuğunda Moskvanın da maraqları təmin olunacaq” mesajı göndərir. Bir növ siyasi sövdələşməyə bənzəyən bu mesaja Kremlin cavabı maraq doğurur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar