Muhəmməd ibn Bəşir Həzrəmi İmam Hüseynin (ə) muxlis tərəfdaşlarından idi ki, Aşura hadisəsində şəhid olmuşdur.
Aşura gecəsi ona xəbər verirlər ki, düşmən oğlunu sərhəddə əsir alıbdır. Muhəmməd deyir: "Bu müsibətin mükafatını Allahdan istəyirəm".
Ovqat.com deyerler.or-ga istinadən bildirir ki, İmam Hüseyn (ə) onun bu sözlərini eşidir və buyurur: "Allah sənə rəhmət etsin, mən öz beyətimi səndən götürürəm. Sən azadsan. Ona görə də oğlunu azad etmək üçün bizdən ayrıla bilərsən".
Muhəmməd cavab verir: "Səhra vəhşiləri məni diri-diri yesinlər, əgər səndən ayrılsam".
İmam Hüseyn (ə) ona min dinarlıq qiyməti olan bir neçə libas verir və buyurur: "Bu libasları o biri oğluna ver ki, onunla qardaşını əsirlikdən xilas etsin". (Həvzəh)
İmam Sadiq (ə) buyurur: "Elə bir şəhid yoxdur, məgər o halda ki, İmam Hüseynlə (ə) olmağı sevər ki, onunla birlikdə behiştə daxil ola bilsin".
Paylaş: