Xəbər lenti

 

Noyabrın 1-də Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək.

"Rast dəstgahı" muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Gülyanaq Məmmədova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.\\Milli.Az

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

 

Videonu izləmək üçün şəklə klikləyin:




Ana səhifəyə qayıt        Baxış: 956          Tarix: 16-10-2017, 19:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma