![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 14:56
Bu gün, 13:22
Bu gün, 10:30
Bu gün, 09:29
Dünən, 23:00
Dünən, 18:20
Dünən, 16:32
Dünən, 13:30
Dünən, 11:21
Dünən, 09:32
24-01-2025, 23:54
24-01-2025, 22:16
24-01-2025, 22:00
24-01-2025, 19:42
24-01-2025, 18:20
![](/uploads/posts/2017-05/1493718113_n.jpg)
Ovqat.com məlumatına görə, Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) sədri Əjdər Ağayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu problemin kökündə saxtakarlıq, məsuliyyətsizlik durur:
“Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir. Uşağın oxuyub-yaza bilməyərək 9-11-ci sinfə kimi gəlib çatması saxtakarlıq və ləyaqətsizlikdir”.
“Bu cür savadsızlığın səbəbi odur ki, uşağın adı məktəbdə siyahıda olsa da, özü dərsə getməyib. Təhsildə saxtakarlıq edənlər düşünüblər ki, həmin uşaq heç bir yerə sənəd verməz və onların etdiyi bu qanun pozuntusu heç kimə məlum olmaz”, - deyə Ə.Ağayev əlavə edib.
“Saxta məhsul hazırladığına görə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün olduğu kimi, təhsil qanununa əsasən, məktəbin məhsuluna görə (şagirdlərin təhsil almasına görə) məktəbdə işləyən təhsil işçiləri də məsuliyyət daşıyır. Belə hallar olarsa, həmin müəssisə məsuliyyətə cəlb edilməlidir. Müəllimlərin əməkhaqqı kəsilməlidir, direktor cəzalandırılmalıdır. Eləcə də, digər aidiyyəti şəxslər cəza almalıdır”, - Ə.Ağayev vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər