Xəbər lenti

 

İsrailin məşhur verilişinin komandası Bakıya gəlib.

İsrailin “Open Skies” TV verilişi dünya turizmi və ənənəvi mətbəx haqqında hazırladığı silsilə proqramlardan birini Azərbaycana həsr edib. 20-24 noyabr tarixlərində proqramın çəkilişi Bakı şəhərində aparılıb.

Milli Turizm Təbliğat Bürosu tərəfdaşları ilə birgə sözügedən layihənin reallaşmasına texniki və təşkilati dəstək göstərib.

Verilişin yaradıcısı, direktoru və aparıcısı Gil Hov İsrailin məşhur simalarındandır. Yüksək reytinqli veriliş tamaşaçılarda göstərilən məkana diqqəti cəlb edir və səyahətə həvəs yaradır.

Çəkiliş komandası paytaxtımızın gözəlliyinə valeh olub və Azərbaycanda çəkilən epizodun izləyicilər tərəfindən maraqla qarşılanacağını bildiriblər.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 25-11-2017, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma