1943-cü il may ayının 8-də Naxçıvanda-Şərur rayonunun Qışlaqabbas kəndində dünyaya göz açıb. İndiki Bakı Dövlət Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasını bitirib. Müxtəlif illərdə indiki “Xalq qəzeti"nin Dağlıq Qarabağ-laçın və Şəki-Zaqatala zonaları üzrə xüsusi muxbiri, ”Sovet Naxçıvanı” və “Şərq qapısı” qəzetlərinin baş redaktoru, Naxçıvan MR Mədəniyyət Fondunun sədri, Naxçıvan tele-radiosunda şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Akif Axundov 30-a yaxın kitabın müəllifidir. Daha çox detektiv janra müraciət edir. Kriminal həyatı əks etdirən “Qisas”, «Qatilin ölümü”, “Gecə ovçuları”, ”Ehtiras və cinayət”, ”Qara eynəkli adam”, ”Təhlükə və risk”, “Cəhənnəmdən qovulmuş”, “O qızı tapın”, “Ölüm qədər dəhşətli” və digər romanları çapdan buraxılıb.
Hazırda təqaüddədir, fərdı yaradıcılıqla məşğuldur. Ovqat.com yazıçının yeni hekayəsini oxucularına təqdim edir.
Q İ S A S
(hekayə)
Xoş-beşdən sonra Famil uşaqlıq dostu Söhbətdən soruşdu:
-Rayonda nə var, nə yox?
-Elə gördüyün kimidir. Köhnə hamam, köhnə tas!
-O dazbaş qurumsaq nə edir?
Familin “dazbaş qurumsaq”dediyi adam Nəimi rayonunun prokuroru Kasıb Sədullayevdi.
Ordudan bir qəhrəman kimi qayıtdıqdan iki gün sonra "kasıbların pənahı" kimi özünü tanıtdıran rayon prokuroru Kasıb Sədullayev Famili "qanadı altına" almışdı. "Qarabağ igidinə bizim canımız da qurbandır"-deyə xidməti "Qaz-31"-in açarlarını ona təqdim edərək: "Bu gündən mə- nim sürücüm işləyəcəksən, ata-oğul kimi olacayıq"- demişdi. Sonra rayon mərkəzində, yaxşı binalarn birində ona ikiotaqlı mənzil də düzəltmişdi.
Günlərin birində Kasıb Sədullayev Familə evlənməyi məsləhət görmüş və o,hamisinin məsləhəti ilə prokurorluqda kargzar işləyən Şəhla ilə ailə qurmuşdu.
Sədullayevin "qayğısı" və "köməyi" sayəsində Familgil şad-xürrəm yaşayırdılar. Famil də bu yaxşılıqlarına görə Kasıb Sədullayevə can-başla xidmət göstərirdi. Xoşbəxtlik xoşbəxtlik ardınca gəlirdi... Lakin Familin bu xoşbəxt həyatı uzun sürmədi... Rayon prokuroru Famili axır vaxtlar, xüsusilə arvadı vəfat edəndən sonra tez-tez Bakıya, uzaq rayonlara iş dalınca göndərirdi.Belə səfərlər Familin ürəyincə olmasa da,Kasıb Sədullayevə heç nə demirdi. Əksinə, o öz hamisinin bundan da çətin tapşırıqlarını yerinə yetirməyə hazırdı. Ta ki, Sədullayev razı qalsın, Famil onun borcundan çıxa bilsin! Bir dəfə yenə Bakıya, "məsul yoldaş"lardan birinə sovqat aparırdı.Yolu yarı etməmişdi ki, maşında ciddi nasazlıq baş verdi. Bu vəziyyətdə yola davam etmək olmazdı. Maşını yedəyə qoşaraq yaxınlıqdakı təmir sexinə gətirdi, ona dedilər ki, təmir maşındakı nasazlığı aradan qaldırmaq iki gün çəkər. Yol maşınlarından birinə oturub rayona qayıtdı.Rayon mərkəzinə çatanda isə gecə- dən xeyli keçmişdi.Qapını özündəki açarla açıb səs salmadan mənzilə daxil oldi.İşığı yandırmadan yataq otağına keçdi...və qapının ağzında donub qaldı. Kasıb Sədullayev yarımçılpaq vəziyyətdə çarpayıda uzanmışdı, Şəhla da lüt-üryan onun ağuşunda idi. Bundan sonrakı hadisələri isə dumanlı şəkildə xatırlayır: O, dəli kimi bağırıb çarpayıya tərəf atılır. Kasıb Sədullayev və Şəhla dik atılırlar. Famil prokuroru və Şəhlanı yumruğa dolayır. Sonra aynabəndə qaçır, qoşalülə tüfəngi divardan alıb qayıdır. Ancaq Sədullayevi tapmır. Onun ayaq səsləri artıq dəhlizdə, pilləkiənlərdə eşidilirdi. Famil də onun ardınca həyətə yüyürür. Sədul layev heç yerdə görünmür. Famil nə isə fikirləşib Sədullayevin yaşadığı evə tərəf qaçır. Darvaza qapısı bağlı olduğundan hasarı aşıb həyətə düşür.Səsə prokurorun qızı çıxır vəFamil Sədullayevi soruşur. Yargül atasının evdə olmadığını söyləyir. Famil onu içəri çəkir,divana yıxıb,qıza təca-
vüz edir. Atanın qurumsaqçılığı qızına baha başa gəlir...Famil Şəhla ilə haqq-hesab çəkmək üçün evə qayıdarkən yolda yaxalanır, polis şöbəsinə gətirilir... Məhkəmədə nə Sədullayev, nə də Şəhla bir-biriləri ilə yaxınlıq etdiklərini boyunlarına almırlar.Sədullayev Familə ölüm cəzası verilməsi üçün əldən-ayaqdan getsə də, arzusu həyata keçmir, Famil 8 il həbs cəzasına məhkum edilir..
...-Sədullayevi deyirsən? Eh, nə edəcək, yenə öz qurumsağçılığındadır.
-Nə edir ki?
-Səndən nə gizlədim,qardaş.O,şərəfsiz yenə arvadınla əlaqədədir.Bunu rayonda bilməyən yoxdur. Heç Şəhla da az aşın duzu deyil. Sadullayev yenə onu da götürüb, harasa gediblər...
Famil Söhbətdən ayrılandan sonra cəzaçəkmə müəssisəsinin rəisi Şahbazovun yanına gəlib ondan iki günlüyə icazə istədi.Şahbazov ən nümunəvi məhbus kimi tanıdığı keçmiş Qarabağ dö- yüşlərinin qəhrəmanın xahişini yerə sala bilmədi. - İşdən sonra səni öz maşınımla şəhərə apararam. Çalış, tez qayıdasan. Bilsələr,dərimə saman təpərlər...
Maşından düşəndə hava qaralmışdı. Əvvəl Sədullayevin Bakıdakı mənzilinə baş çəkməyi qərara aldı. Qapını gğzəl bir qız açdı.Bu,şübhəsiz Sədullayevin gəlini idi. Famili görən kimi Xosrovun dalağı sancdı. Bət-bənizi ağardı və özündən asılı olmayaraq divandan qalxıb dili topuq çala-çala Famildən soruşdu:
-Saa... nə lazım...dı?
-Hər halda barışıq üçün gəlməmişəm! -deyə Famil meydan oxuyurmuş kimi cavab verdi. Xosrovun isə ayaq üstə durmağa halı yoxdu.O,taqətsiz halda divana çökdü.Gözlərinə inana bilmirdi.Axı,Famil həbsdədir.Hələ gərək ki, bundan sonra 5-6 il də dəmir barmaqlıqlar arasında yatacaqdı...Familin bu gözlənilməz gəlişi lap ölünün qəbirdən xortlamasına bənzəyirdi. -Gəlməyimi gözləmirdin?- Famil cavab gözləmədən keçib Xosrovla üzbəüzdəki kresloda oturdu. -Gəlin xanım, sən də qulaq as, əhvalatdan hali ol! -əli ilə Xosrova işarə etdi, -mən bunun atasını özümə ata əvəzi bilirdim. O isə alçaqlıq etdi, arvadımın namusuna toxundu. Mən isə qisa sımı onun qızından çıxdım.Ancaq sən demə, bu, Sədullayevə dərs olmayıb... -Atam nə edib ki? -Nə edəcək? Əvvəlki qurumsaxçılığından əl götürməyib.Yenə arvadımla əlaqədədi. Xosrov etirazla: -Bu,ola bilməz!-dedi. -Atan indi haradadır? -Rayonda,işdə... -Rayonda deyil. Haradadırsa, Şəhla da yanındadır. -Yalandır. Atam belə iş tutmaz!-Xosrov üsyan edirmiş kimi ayağa qalxdı, əl telefonunu götürüb rayona zəng etdi. Cavab verdilər ki, rayonda yoxdur,Bakıya müşavirəyə gedib, Xosrov sustalmış halda: -Atam Bakıdadırsa evə niyə gəlməyib? -deyə öz-özünə mızıldandı. Onun sualını həyat yoldaşıcavab verdi: -Xosrov,yadımdan çıxıb, sənə deməmişəm, Kasıb əmi zəng vurmuşdu. Dedi ki, Qubadayam, bir neçə gün burada istirahət edəcəyəm. -Nə vaxt zəng vurmuşdu? -Səhər sən işə gedəndən sonra. “Qubaya gedibsə demək yəqin Xınalıya gedən yolun kənarındakı mehmanxanadadır”- deyə Famil düşündü.O, iki dəfə Sədullayevi ora aparmışdı.Kasıb kişi qışda o yerlərə getməyi xoşlayırdı.
Xosrov sustalmış halda divana çökdü.Tamam buna bənd imiş kimi ərinə çəpəki nəzər salıb küskün halda divanın o biri tərəfınə çəkildi. Ürkək, bir qədər də maraq qarışıq baxışlarını Familə dikdi. Görəsən, indi o, nə edəcəkdir? Xosrov qorxu, vahimə hissini özündən qovmağa çalışsa da,bacarmırdı.Famil nəsə fıkirləşib kreslodan qalxdı. -Sədullayev burada yoxdursa, arvadımla Qubada kef edirsə, deməli,mən haqq-hesabı sizinlə çürütməli olacağam! Bu sözlər sanki Xosrovun yeddi qatından keçdi. Onun əvəzindən Tamam cürətsiz halda: -Biz nə günahın yiyəsiyik ki?-deyə mızıldandı. -Günahınız odur ki,SədullayevXosrovun atası, sənin isə qayınatandır. İndi anladınız?- Famil bu sözləri deyib gəlindən soruşdu: -Adın nədir? -Tamam. Famil əmredici şəkildə ona dedi: -Yaxın gəl və soyun! Tamam çarəsiz halda ərinin üzünə baxdı.Xosrovun baxışları laldı,heç nə ifadə etmirdi.O,əlacsız halda yaxınlaşıb Familin qarşısında dayandı. -Axı?..-gəli sözünün dalını gətirə bilmədi. Şaşırmış halda, gah ərinə, gah da Familə baxdı. Əri yenə kötük kimi, hissiz-hərəkətsiz yerində mıxlanıb qalmışdı. Tamam acıqla əl atıb xalatının üst düyməsini açmaq istər kən Xosrov birdən "yox"- deyib qışqırdı və dəli kimi Familin üstünə atıldı. Famil yumruqla zər-bə endirib onu yerə sərdi . -Nə olar, əgər istəmirsən ki, arvadın özü soyunsun,bunu mən edərəm.-Famil bu sözləri deyib qalxmadan Tamamın yaxasına əl atdı, xalatı necə dartdısa düymələr hamısı qırılıb töküldü. Sonra xalatı çəkib onun əynindən çıxardı və bir kənara tulladı. Tamam heykəl kimi ortada, onun qarşısında dayanmışdı. Əynində dik,yumru döşlərini tutan lifçikdən, ortasını pünhan saxlayan zərli "üçbucaq"dan başqa heç nə yoxdu. Famil Tamamın gözəl vücuduna baxa-baxa düşündü: "Bax, belə yerdə deyiblər ki, armudun ən yaxşısı ayıya qismət olar".Qəribəsi bu idi ki, Tamam daha qorxu-filan hiss elə- mirdi.Baxışlarından əsla qəddarlıq yağma yan gəncin-Sədullayevin keçmiş sürücüsünün ona soyunmasını əmr etməsi o demək idi ki, Famil onu öldürməyəcək.O,kişiləri özünə cəlb edən füsunkar bədəni ilə bu dəliqanlını ram edəcəyinə əmindi. Bir azdan Tamam Familin qolları arasında idi. Famil qızı dizlərinin üstə oturdub cod barmaq- larını qızın ətli, dolu, qar kimi ağappaq budları üzərində gəzdirirdi. Divanın bir küncündə qaxılıb qalmış Xosrov donuq baxışlarla Familgili süzür, nə edəcəyini kəsdirə bilmirdi. Tamam əhvalındakı dəyişikliyi əri hiss etməsin deyə, əlləri ilə üzünü qapayıb yalandan hıçqırdı. Famil isə Xosrovun hərəkətə gəlməyini gözləyirdi.O,Tamamı dizlərinin üstündən yerə qoy madan üst paltarını soyundu, şalvarının qayışını açarkən Xosrov zarıdı. -Hə, xoşuna gəlmir? -deyə Famil istehza ilə onu süzdü, -nə gözünü bərəldib baxırsan? Niyə üstümə cummursan, ay biqeyrət? Məgər arvadın sənin üçün bu qədər dəyərsizdir? -Xosrovun əsəblərini qıcıqlandırmaq üçün əllərini Tamamın dolu budlarında gəzdirdi,-arvadın çox dadlıdır, ağzının dadını bilirmişsən... Xosrov nə isə etməli idi.Gözlərin baxa-baxa arvadın yad bir kişinin qucağında otursun,sən də bir qıraqdan onların mazaqlaşmasına tamaşa elə?! Xosrov divanın böyründəki mizin üstündən büllur güldanı götürüb Familgilə tərəf tulladı. Famil cəld Tamamı qucaqlayıb başını yana əydi.
Güldan onun çiyninə toxunub divara dəydi və xıncım-xıncım olub yerə səpələndi.Famil Tamamı qucağından yerə qoyub qalxdı.Pencəyinin cibindən fın bıçağını çıxarıb Xosrova tərəf yeridi. Qorxudan Xosrovun gözləri böyüdü, divanın küncünə qısıldı.Tamam özünü irəli atdı,Familin qarşısını kəsərək yalvardı: -Ona toxunma,xahiş edirəm!.. -Bir şərtlə onu öldürmərəm!-Famil sözünə azca ara verdi,məzlum-məzlum ona baxan Xosro vu süzüb sözünə davam etdi:-ya bu bıçağı sənin qarnına yorturam,ya da arvadını o söz...Bunların ikisindən birini seç! Xosrov nə isə mızıldayıb başını aşağı dikdi. Tamam ərinə yaxınlaşıb tənə ilə: -Demək, mən sənin üçün heç nəyəm, sənin o vecsiz bədənin mənim namusumdan qiymətlidi, hə? -ərindən cavab almadıqda onun üzünə tüpürdü.-qorxaq, yaramaz! Sənin bu dərəcədə alçaq olduğunu bilmirdim! Tamam ikrah edilmiş kimi ərindən aralandı. Bir addım atıb dayandı, nə fikirləşdisə birdən dəli kimi lifçiyini dartıb çıxardı, Familə yanaşıb,bütün bədəni qəzəbdən və ehtirasdan əsə-əsə: -Sənin sərəncamındayam, nə istəyirsən elə!-dedi. Famil onu əhanrüba kimi cəzb edən Tamamın ehtiraslı,ağlı başdan çıxaran bədəninə daha toxunmadı. Xosrov onun qarşısında alçalmış, namusunu, şərəfini ona təslim etmişdi. Daha bu əb- ləhdən əvəz çıxmağa dəyməzdi...
***
...-Hə, məni gğzləmirdiniz? Görürəm, işləriniz pis getmir?-deyə Famil istehza ilə tir-tir əsən Şəhlanı və qorxudan yumağa dönmüş Sədullayevi süzdü.
-Biz... biz!...-Sədullayev sözünün dalını gətirə bilməyib kəkələdi.Ötən dəfə o,yaxasını Familin əlindən güclə qurtara bilmişdi. İndi çətin ki, özünü xilas edə biləcəkdi. Görünür, həbs- dən qaçıb,yoxsa bu tezliklə onu buraxmazlar.”Bəs,onun Şəhla ilə Qubada olduğunu Familə kim çuğullayıb,bu mehmanxanada qaldıqlarını kim ona söyləyib?”-deyə öz-özündən sual etdi.
Şəhla özünü Familin ayaqları altına atıb yalvarmağa başladı:
-Rəhm et,məni öldürmə! Sənə yalvarıram...
Famil Şəhlanın yalvarışlarına fikir vermədən üzünü Sədullayevə tutub dedi:
-Gələndə yolumu Bakıdan-sizin mənzilinizdən saldım.Evdə oğlunla gəlinin idi.Ancaq yaman ağcamaya gəlinin var,mənə yaman keyf verdi.Oğlun da öddəyin,binamusun biri imiş. Gözü baxa-baxa arvadını o söz...,heç səsini də çıxarmadı.
Sədullayevin sifəti get-gedə qaralıb kösövə döndü.Qəzəbindən bədəni əsim-əsim əsirdi.
-Hə,nooldu,sözüm xoşuna gəlmədi?İntiqamını almaq istəyirsən?Buyur,necə deyərlər,bu meydan,bu da şeytan. Qeyrətin varsa çıx qabağa! -Famil açıqca ona meydan oxuyurdu.
Dişi bağırsağını kəssə də, Sədullayev cavab vermədi.
Xeyli keçdikdən sonra otaqdakı əzici sükutu Familin səsi pozdu:
-Yeyib-içməyə bir şeyiniz varmı?
Sual elə gözlənilməz oldu ki, Sədullayev də, Şəhla da şaşırıb birdən-birə cavab verə bil- mədilər.İkisi də başlarını qaldırıb maddım-maddım Familə baxdılar.
-Nə ayı armuda baxan kimi gözlərinizi mənə zilləmisiniz. Soruşuram ki, yeyib-içməyə nəyiniz var?
Deməli, Famil onları dolamır.
-Hər şey var,-Sədullayev dikəlib ofisiantsayağı sadalamağa başladı,-"Zolotoy koltso" arağı,"Göygöl" konyağı, kapçyonnu kolbasa, balıq kürüsü, soyutma ət,qızardılmış toyuq, balıq...
- Qurumsaq, bir dəfəlik deyinən ki,restoranı bura köçürmüsən də...
Sədullayev onun dediklərini eşitməməzliyə vurub soruşdu:
-Hə, gətirimmi?
-Sən niyə? Süfrə düzəltmək arvad işidir.
Şəhla bu sözə bənd imiş kimi fövrən ayağa qalxdı.Quş kimi səkə-səkə soyuducudakı mey-məzəni masanın üstünə düzdü.
Süfrə hazır olandan sonra Famil masanm arxasına birinci keçib:
-Siz də gəlin!-deyə Sədullayevi və Şəhlanı da süfrəyə dəvət etdi,-masabəyliyini öz öhdəmə götürürəm.Sədullayev,qədəhləri doldur!
-Siz nə içirsiniz?-deyə Sədullayev ona yaranmağa çalışdı.
Sən bir işə bax,Sədullayev ona "siz" deyə müraciət edir. Familin azca dodaqları qaçdı.
-Mənə araq süz!
Famil qədəhi əlinə aldı.
-Bunu qurumsaqların şərəfinə içək.Dünyanın yarıdan çoxunu bürümüş qurumsaqların sağlığına!-O,qədəhi başına çəkib son damlasına qədər içərək məzəyə əl atdı,-yox,bu olmadı, Sədullayev badəni yarımçıq içmək sizə yaraşmır. Şəhla xanım, sizin badəniz isə dolu qalıb.
-Mən içə bilmirəm.
-Gözünün içinə kimi yalan deyirsən.Sədullayevə qoşulub Qubaya keyfə gəlməyi bacarır- sansa,içməyi də bacarmalısan!
Yox, etiraz etməyə dəyməzdi.O da Sədullayev kimi,"masabəyinin" dediklərini yerinə yetirməli idi.
Araq Sədullayevi daha tez tutdu.İçki onun dilini açmışdı.Hətta Familin şərəfinə badə də qaldırdı.O, daha özünü idarə edə bilmirdi.Tez-tez səndirləyir, konyakı, yeməyi üstünə tökürdü.
-Yox, sizi bir-birinizdən ayırmaq günahdır!-Famil bu sözləri deyib Şəhla ilə Sədullayevin sağlığına badə qaldırdı,--sevənlərə eşq olsun!
Sədullayev ayağa qalxıb yataq otağına keçdi, əlində diplomat geri qayıtdı, onu açıb için- dəki pul bağlamalardan ikisini götürüb Familə uzatdı:,
-Bunları sənə bağışlayıram!
-Kişiliyi,qeyrəti pula satmırlar!-deyə Famil sərt cavab verdi.
Sədullayev isə sanki onu eşitmir,deyirdi:
-İstəyirsən hamısını götür, sənə qurbandır,-Sədullayev səndirləyib döşəməyə yıxıldı.
-Onu havaya çıxarmaq lazımdır,-Famil bu sözləri deyib Sədullayevi yerdən qaldırdı, onun qoluna girib balkona apardı. Sədullayev qarın üstünə çökdü,onu pərqu döşək bilib üzərinə uzandı. Nə isə mızıldanıb, gözlərini yumdu və yuxuya getdi. Famil ona bələddi,daş kimi bərk yatırdı, heç top atılsa belə xəbəri olmazdı.
Famil balkonun qapısını arxasınca örtüb içəri keçdi. Şəhla başını Masaya söykəyib mür- gü döyürdü.. Famil onu oyadıb,yenidən içməyə məcbur etdi. Bir azdan sonra o da Sədullayevin günündə idi.
Famil Şəhlanın qoluna girib onu da balkona gətirdi,Sədullayevlə yanaşı uzatdı. Şəhla da tezcə yuxuya getdi.Bu, onun üçün də,Sədullayev üçün də əbədi yuxu idi...
İndi isə bəzi "əşyayi-dəlil"ləri yox etmək gərək idi.Famil onun üçün qoyulmuş nimçəni, çəngəl-bıçağı,qədəhi, bir sözlə,üçüncüyə məxsus nə varsa hamısını götürüb vanna otağına keçdi, onları yuyub dolaba qoydu.Saata baxdı.Əqrəblər sabahkı günün başlandığını xəbər verirdi.
Nə fikirləşdisə pul bağlamalarından biini götürdü,qalan pulları səliqə ilə diplomata yığdı, ,ağzını bağlayıb yataq otağında göz qabağına qoydu. Belə olduqda cinayət-axtarış qrupu Sədulla yevlə Şəhlanın ölümündə başqasının əli olmadığı qənaətinə gələrdilər.Aydın məsələ idi ki, qarət məqsədi ilə nömrəyə girən və bu hadisəni törədən oğru, yaxud qarətçi hökmən diplomatdakı pulu götürməli idi.Bağlamalardakı pul Sədullayevin qatı rüşvətxor olduğunu da sübuta yetirəcəkdi...
...Famil Bakıya çatanda günortaya az qalırdı. Bahalı restoranlardan birinə gedib yaxşıca nahar etdi. Dağüstü parka qalxıb şəhidlərin məzarını ziyarət etməyi də unutmadı.
Famil islah düşərgəsinə qayıdarkən Əlillər evinin qarşısında taksi maşınını saxlatdırıb Əlillər evinin direktorunu ilə görüşərək:
-Sizə yardım etmək istəyirəm,-dedi və əvvəlcədən ayırdığı doqquz min səkkiz yüz manat pulu ona verdi,-bunu əlillər evinin ehtiyaclarına sərf edərsiniz. Ahıl müdirin sifəti bir anda işıqlandı. O, minnətdarlıq edib soruşdu:
-Oğlum, adın nədir?
O, nə qədər israr etsə də, Famil kimliyini ona bildirmədi.
-Bəs, ay oğul "Xeyriyyə və yardım" kitabına kimin adını yazım? Axı, bizə yardım edənlə- rin ad-familini, iş yerini bu kitaba qeyd edirik.
-Yazarsınız ki, azərbaycanlıyam, ünvanım da Azərbaycan torpağıdır...
..İndi onun cibində yüz manat pul qalmışdı.Onu sürücüyə verəcək
***
...İslah düşərgəsində adi günlərdən biri idi.Aşxanada nahar edib həyətə çıxan məhbuslar ikibir-üçbir dayanıb söhbət edirdilər. Famil də onların arasında idi. Şahmar bir qədər kənara çəkilmişdilər. Famil dos tuna üç günlük səfərinin "yekunları' barədə danışırdı.Nəzarətçi Şamil onlara yaxınlaşıb Familə dedi:
-Səni görməyə gəliblər!
Gələn Söhbətdi, sözlü adama oxşayır, gözləri gülürdü.O,Famili qucaqlayıb sevinclə:
-Qağa,xəbərin varmı, Sədullayev gəbərib,Şəhla da yanında! -deyərək cibindən dördqat bükülmüş bir qəzet çıxardı, -burada da yazıblar.Başlığı da yaxşı seçiblər: "Ölümün səbəbi: Eyş-işrət".
Familin qeyri-iradi dodaqları qaçdı.Qəzetdə nə yazıldığı hər onun özü üçün də maraqlı idi. Son səhifədə dərc olunmuş məlumatda deyilirdi:
"Başlıq üçün belə sərlövhə seçməyimiz sizi təəccübləndirməsin. Şəkildəki aşiq və məşuq həqiqətən eyş-işrət qurbanı olublar.Onlar bir neçə şüşə konyak içiblər. Sonra çox güman ki,hava almaq üçün balkona çıxmış,bərk sərxoş olduqları üçün özlərini idarə edə bilməmiş,bəlkə də qarı pərqu döşək bilib onun üzərində uzanmışlar.Səhər mehmanxana işçiləri onları donmuş halda balkonda tapmışlar.
Ölənlərin şəxsiyyətləri müəyyən edilmişdir.Məlum olmuşdur ki,kişi Çinarlı rayonunun prokuroru Kasıb Əliş oğlu Sədullayev,qadın isə onun öz işçisi-prokurorluqda kargüzar işləyən Şəhla Rafət qız Fətullayevadır.Onlar ər-arvad deyillər. K.Ə. Sədullayev subaydır,həyat yoldaşı beş il bundan əvvəl vəfat etmişdir. Ş. R Fətullayeva isə ərlidir, həyat yoldaşı həbsdədir.
Oğurluq,qarət məqsədilə K. Ə. Sədullayevə və Ş. R Fətullayevaya qəsd edilməsi ehtimalı özünü doğrultmamışdır.Nömrədə ölənlərə məxsus nə bahalı geyimlərə,nə qiymətli əşyalara,nə də pula əl vurulmamışdır.
- Ə. Sədullayevə məxsus diplomatda isə nə az-nə də azacıq-20 min Amerika dolları və 10 min Azərbaycanə manatı aşkar edilmidibar.Bu qədər pul K.Ə.Sədullayevdə hardandır? Əminik ki, bu suala tezliklə cavab tapılacaqdır.
Məlumat üçün bildiririk ki, Respublika Prokurorluğu tərəfindən K.Ə.Sədullayev barəsində (ölümündən sonra) cinayət işi qaldırılmışdır"
Paylaş: