Xəbər lenti
27-11-2024, 19:25

Odatv.com (Türkiyə), 03.06.2018

 

1963-cü il iyunun 3-də, yəni düz 55 il qabaq böyük şair Nazım Hikməti itirmişik. Onun Sovet İttifaqındakı həyatı haqda çoxlu məlum və naməlum xatirələr var. Bunlardan biri Nazim Hikmətin o dövrün məşhur rus yazıçısı Konstantin Paustovskiylə maraqlı dialoqudur…

 

“Bizim peşəmiz natiqlik etmək deyil”

 

Nazim Hikmət 1962-ci il mayın 31-də Tarus şəhərində bu məşhur rus yazıçısının 70 illiyi münasibətilə təşkil edilmiş axşamda qeyd edib: “Mən düşünürəm ki, yazıçı başqa bir yazıçıya öz sevgisini, sayğısını, ən yaxşısı, yazılı halda ifadə etməlidir. Axı bizim peşəmiz natiqlik etmək deyil, sadəcə, yazmaqdır. Buna görə də sevimli müəllimimə – Paustovskiyə münasibətdə bunu etməyə çalışıram. Mən şerlər və məqalələr yazmışam”.

Paustovski ürək xəstəliyinə görə həmin axşama qatıla bilməyib. Hikmət onu “maestro” adlandıraraq davam edib: “Mən düşünürəm ki, o, hər şeydən əvvəl, olduqca şərəfli insandır. Hesab edirəm ki, yazıçının şərəfli olması isə yazıçının istedadından daha üstündür. Və ondakı kimi, yazıçının şərəfi və istedadı birləşirsə, bu, artıq Paustovskinin obrazını verir… Paustovski təkcə sovet ədəbiyyatında deyil, həm də dünya ədəbiyyatında ən böyük simadır”.

 

“Siz şair və cəsur adamsınız”

 

Bu çıxışı haqda sonradan məlum olan sovet yazıçsı 1962-ci il iyulun 1-də cavabında Nazimə məktub yazıb və öz hisslərini belə ifadə edib: “Əziz Nazim Hikmət! Mənim haqqımda məqalə, gözəl şerlər və Ədəbiyyat Muzeyindəki çıxışınızla məni dedikcə mütəəssir edibsiniz. Bütün bunlar mənim üçün gözlənilməz və qiymətli hədiyyə idi. Sizə bütn qəlbimlə təşəkkür edirəm.

Sizi şair və cəsur bir insan kimi tanıdığım vaxtdan bəri sizinlə görüşmək istəmişəm, amma anlaşılmaz utancaqlığımdan bunu indiyədək etməmişəm. Biz bir dəfə Varşavada rastlaşımışıq, amma sizə yaxınlaşmağa ürək etməmişəm, çünki mənə elə gəldi ki, məni tanımadınız. Mən xəstəxanadan təzəcə çıxmışam. Həkimlər dedilər ki, avqustda tamamilə sağlam olacağam və siz Moskvada olacaqsınızsa, onda Tarusa yanıma gəlin”.

Konstantin Paustovski

 

Rus yazıçısı bu məktubda nağıl edir ki, onun türk mənşəyi var. “Ola bilsin, bizim qarşılıqlı rəğbətimiz bununla izah olunur ki, mən yarıtürkəm, – o, qeyd edib. – Mənim nənəm Frakiyada Qazanlıqda doğulub. Mən fəxr edirəm ki, qanımda türk payı var. Mən türkləri – sadə kəndliləri və fəhlələri çox sevirəm”.

Paustovski özünün türk nənəsi Fatimə haqda “Uzaq illər” kitabında nağıl edib. Onun babası Rusiya-Türkiyə müharibəsi zamanı əsir düşüb, bir müddətdən sonra Fatimə adlı türk qızıyla tanış olub. Onlar sonra Rusiyaya gəlib və evləniblər. “Nənəm babama ərə gələrkən xristianlığı və yeni ad – Qonorata – qəbul edib, – Paustovski yazıb. – Babamdansa türk qızı nənəmdən daha çox qorxurduq və onun gözünə görünməməyə çalışırdıq”.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 850          Tarix: 11-06-2018, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma