Məktəb var, müəllim yox...
Söhbət İmişli rayonu, Allahmədətli kənd orta məktəbindən gedir. Bir neçə il əvvəl Kür çayının daşması nəticəsində rayonun ziyan görən kəndlərindən biri də Allahmədətli kəndi olub. Ona görə kənddən bir neçə km. aralıda yeni qəsəbə salınıb və kənd sakinləri, eləcə də məktəb yeni qəsəbəyə köçürülüb.
Kənddə yaşayan ailələr isə yeni qəsəbənin uzaq olduğunu bildirərək övladlarının təhsil alması üçün kənddəki köhnə məktəbin yenidən fəaliyyətə başlamasını istəyirlər.
Rayon Təhsil Şöbəsindən bildirdilər ki, Allahmədətli kəndi 2010-cu il Kür daşqınları zamanı su altında qaldığından, həmin kənddən 8 km. aralıda yeni qəsəbə salınıb. Burada ictimai-iaşə obyektləri ilə yanaşı, müasir standartlara cavab verən yeni məktəb binası da tikilib. Yeni bina istifadəyə verildiyindən köhnə məktəbin fəaliyyəti dayandırılıb. O ki qaldı köhnə məktəbin müəllimlə təmin olunmasına, təhsil şöbəsindən bildirildi ki, orda olan uşaqların hər biri fərqli siniflərdə oxuyur və onların sayı ümumilkdə 8-10 nəfər təşkil edir. \\Xezerxeber.az
©
Paylaş: