Xəbər lenti

 

Bu gün bəzi saytlarda müğənni Xuraman Şuşalının AzTV barədə mənbəyi göstərilməyən ittiham dolu açıqlaması dərc olunub.

AzTV-dən müğənninin iddialarına cavab cavab verilib. 

Dövlət televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsidən musavat.com-a verilən məlumatda qeyd edilir ki, müğənni məntiqsiz, mənbəsiz və ən əsası da məsuliyyəti unudaraq iddia edir ki, guya hicablı olduğu üçün efirə buraxılmır:

"Hörmətli ictimaiyyət, AZTV-nin verilişlərinə diqqətlə baxsanız görərsiniz ki, hicablı qonaqlar və ekspertlət, tamaşaçılar həmin verilişlərdə iştirak edir, çıxış edir. Ayrıca Mədəniyyət kanalında islam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, bu əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atıldığı bizə də maraqlıdır. Qaldı müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq hər bir müğənninin AzTV, Mədəniyyət və İdman kanalında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır.

Konkret Xuraman Şuşalıya gəlincə bu müğənni xanım yalnız indi deyil, illərdir AzTV-nin efirində çıxış etməyib. AzTV-nin bu adda solisti yoxdur. Hər halda bunun səbəbi biz deyilik. AzTV hər zaman efir səviyyəsini qoruyub, bu gün də qoruyur. O üzdən hər müğənninin AzTV-nin efirində görünməsi mümkün deyil."\\Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 145          Tarix: 23-01-2020, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma