Xəbər lenti

 
Cəmşid Dərələyəzli
                
Hər bir millətin öz  gələcəyini inşa etməsi üçün, mütləq  keçmiş  tarixinə nəzər salmalı  və   öyrənməlidir.  ki,  tarixdə edilmiş səhvəlr və vurulmuş  yaralar   bir daha da  təkirarlanmasın. 
       
Bu baxımdan tariximizin  qara  səhfələrindən olan,  bədnam 1813-cü il Gülüstan   və 1828-ci il  Türkmənçay müqavilələrini yeni nəsillərimiz  öyrənməli və bundan nəticə çıxarmalıdırlar. 
        
Tarixi mənbələrdən  məlumdur ki, ilkin Gülüstan müqaviləsi Çar Rusiyası ilə Qacarlar İranı arasında 1804-1813-cü illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən rüsvayçı sövdələşmə sənədidir. Bu müqavilə ilə Qacarlar  İranı, Şimali Azərbaycanı  bütünlüklə (İravan, Naxçıvan və Talış xanlığının bir hissəsi   istisna)  Çar Rusiyasının hakimiyyəti altına  keçməsini təsdiqləmişdir.       
 
           
     
1826-cı ildə tərəflər arasında təkrarən,  ikinci müharibənin başlanması nəticəsində Gülüstan müqaviləsi qüvvədən düşmüş, müharibə yenə də çar Rusiyasının üstünlüyü ilə başa çatdığı üçün, 1828-ci ildə çar Rusiyası ilə Qacarlar İranı arasında Türkmənçay müqaviləsi imzalanmışdır. 
     
Türkmənçay sülh müqaviləsi-Qacar dövləti ilə Rusiya imperiyası arasında  imzalanan   və  İkinci Rusiya İran müharibəsini bitirən  müqavilədir.  10 fevral  1828-ci ildə Təbriz yaxınlığındakı  Türkmənçay kəndində imzalanan bu müqaviləyə əsasən, Gülüstan sülh müqaviləsi ilə  Rusiyaya keçən ərazilərdən başqa, Qacarlar İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalan hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya   arasında sərhəd  kimi  isə Araz çayı götürülmüşdür. 
    
Beləliklə,  Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan ikiyə bölüşdürülmüş, yekunda Şimali Azərbaycan bütünlüklə çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacar  İranına qatılmışdır. 
   
 Bəlkə də bu müqavilələr dünya tarixində, özgə torpaqlarının bölüşdürülməsi məqsədi ilə bağlanılmış  ən  rüsvayçı   müqavilələr olmuşdur.
                                 

    
Bununla da tam 200 yüz  ildən artıqdır ki,  Azərbaycan o taylı, bu taylı  İran, xüsusən də yüz ilə yaxındır (1925)  ki, Fars  millətçilərinin və Rus şovnizmin qurbanına çevrilərək, tarixin bütün məşəqqətlərindən keçmişlər.
    
Tarixdən o da bəllidir ki, belə bir rüsvayçı kapituliyasıya  müqaviləsinə getmənin əsas səbəbi o zaman Qacarlar Xanədanlığına aid bəylərin və kiçik xanlıqların (əksəriyyəti də qohum olub)  hakimiyyət  üstündə   savaşaraq, bir-birlərini əldən salmaqla ölkələrini  zəif düşürüb sonda xarici qüvvələrə  yem   etmələri  olmuşdur.
     
İndi gəlin görək, Azərbaycanın iki hissəyə parçalanması,  bu gün nüfuzu 10  milyonu aşan Şimali Azərbaycana  və   nüfuzu 40 milyonu keçən  və Qacarlar İranında qalan Cənubi Azərbaycana   nə   vermişdir.
    
Çənubi Azərbaycana demək olar ki, heç   nə. Qacarlar xanədanlığının çökməsi, sonda yuxarıda da qeyd etdiyim kimi hakimiyyətin farsların əlinə keçməsi (1925), Cənubi Azərbaycanlı soydaşlarımızın vəziyyətini daha da ağırlaşdırmış oldu. Düzdür, 20-ci əsrdə Təbrizdə bir neçə inqilablar baş verdi. Amma bu da heç nəyi dəyişmədi. Bu səbəbdəndir ki, yüz illərdir  ki, cənublu soydaşlarımız  heç bir haqlarına sahib ola bilməmişdilər ki, bu da ayrı  bir mövzunun söhbəti. Amma inanırıq ki, sonda İran keçmişdəki kimi yenə də bir Türk dövləti olacaqdır və o gün çox yaxındır.
    
Qaldı Arazın bu tayına, Çar Rusiyası   Azərbaycanın şimal ərazilərinə sahib olduqdan sonra  ilkin olaraq xanlıqlar ləğv edilmiş, insanından tutmuş əmlakına və təbiətinə kimi siyahıyaalma aparılımış, sonda bütün ərazi vahidləri quberniyalara bölünərək  idarə olunmağa başlanılmışdır.  Ən kədərlisi  isə 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi ilə  Çar Rusiyası Cənubi Qafqazda, gələcəkdə özünə dayaq yaratmaq məqsədi ilə əldə etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisini köçürməyə başlaması olmuşdur.  Çar Rusiyası bu yöndə öz məqsədinə çatdıqdan sonra Şimali Azərbaycanın İravan xanlığı  ərazilərində ermənilərin dövlət olmaları  üçün   səylərini artırmış,  nəhayət beynəlxalq   güclərin qatqısı  ilə  Azərbaycan Xalq Cümhuriyyətinin  zəifliyindən istifadə  edib, 1918-ci ilin 29 mayında  bu barədə nüqavilə imzalanmsına nail olmuşlar. Sonradan  İravan şəhəri də   yeni elan olunmuş erməni dövlətinə mərkəz kimi verilmişdir. Bütün bunların qarşılığında isə ermənilər  rəsmi olaraq, gələcəkdə  Azərbaycanın digər ərazilərinə olan iddialarından vaz keçirdilər.


    
Lakin nə yazıq ki, belə olmadı. Sonradan  1920-ci ilin dekabrın 2-də imzalanan Rusiya Ermənistan Hərbi-Siyasi müqaviləsində Zəngəzur qəzasının “Ermənistan”ın tərkibinə keçdiyi mübahisəsiz  fakt kimi tanındı. Bununla da  1918-ci ilin 29 mayında, benəlxalq  güclərin basqısı  altında   Azərbaycan Xalq Cümhuriyyətinin   əli ilə “Ermənistan”a verilmiş  9 min kv. km. ərazi, Zəngəzur və   ardınca da Dərələyəz, Göyçə və Qaraqoyunlu   mahallarının  “Ermənistan”a  verilməsi ilə   29 min kv.  km-ə çatdırılmışdır. Burada isə məqsəd  4 gün əvvəl, yəni   29 noyabr 1920-ci ildə  elan olunmuş “Ermənistan” bolşevik   hakimiyyətinin  əlini möhkəmləndirmək və ən əası isə qardaş Türküyənin Azərbaycan və digər Tütrk dövlətləri ilə quru əlaqəsini aradan qaldırmaq   olmuşdur və bunu da o zaman Rusiya Bolşevik Hökümətinin başında duran zadlar açıq-açığına etiraf edirdilər.   Bundan sonra  Rusiyanın dəstəyi və hərbi yardımı ilə zaman-zaman “Ermənistan”dan Türklər öz dədə-baba torpaqlarından   zorla çıxarılmış, sonda 1988-1989-cu ildə isə onlar son nəfərinə kimi bütün “Ermənistan”dan  çıxarıldılar və  ardınca da Xocalı qətlamı törədildilərək  qısa zaman kəsiyində  Qarabağ   bütünlüklə  işğal olundu.
     
Bütün bunlarla  yanaşı,  o zaman   Rusiya Bolşevik höküməti Şimali Azərbaycana aid  Dərbəndi   Rusiyada, Borçalı mahalının ərazilərini isə Gürcüstanda qalmasını  tanımışdır, yəni bir tərəfli qaydada  həmin ərazilər də Azərbaycan Sovet Sosialist  Respublikasından alınıb, onlara  qatılmışdır.
    
İndi isə zaman-zaman bizdən qoparılmış torpaqların geri qaytarılmasında ilk hədəfimiz Qarabağ,  ikincisi  Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, üçüncüsü  İravan və ətraf bölgələrimiz, dördüncü isə digər qonşu dövlətlərdə   olan torpaqlarımız, sonda isə   Turandır,  ardınca  bütöv   Azərbaycadır!  Ona görə də hər kəs, bütün bunların fonunda ölkə Başçısının   rəsmən bəyan etdiyi  ilk olaraq Qarabağın və ardınca da Zəngəzur və Göyçə  mahallarının geri qaytarılması yönündəki səylərinə   kilidlənməli və bu qonuda daima   Dövlətin və onun Başçısının yanında olmalıdır. 
   
Qaldı ki, bəlkə də Çar Rusiyasının 200 ildən artıq  xalqımıza etdiyi bu zülümləri haradasa  bir zamana qədər sinəyə çəkmək olardı, təki   bu qanı  pozuq  erməni millətini  bizim   başımıza müsəllah etməsə idilər. Rusiya demək olar ki, bizə ən böyük xəyanəti və zərbəni məhz  erməni  kartı   ilə vurdu və nə yazıq  ki,  hələ də vurmaqdadır. 
    


Bəs bu iki yüz ilə yaxın işğal dövründə, Şimali Azərbaycan  Rusiyadan   nə əldə etdi. Bu barədə  sosial şəbəkələrdə tarixçilərimizə   müraciət  etdimşdim,  təssüf   ki heç bir cavab ala bilmədim. Zənnimcə Cənubi Azərbaycandan fərqli olaraq, işğal dövründə bəlkə də Rusiyanın fərqinə varmadığı bir hal,   Şimali Azərbaycanın  zaman-zaman subyektləşməsi, vahidləşməsi  və sonda yenidən bir dövlət  halinə gəlməsi kimi formalaşması,  gələcəkdə   bzim xeyirimizə olan, ən əsas  amil olmuşdur.  Belə ki, 1813-cü ildə Şimali Azərbaycan Çar Rusiyasına verildikdən   sonra, onlar tərəfindən əksər   inzibati  ərazi vahidlərimizin  adlarının dəyişdirilməməsi və həmin adda olan ərazi vahidlərimizin  eyni adla quberniyalarla şəkilləndirməsi, yaxud  da yeni adda yaranan quberniyalara ərazi vahidlərimizin öz adları  ilə daxil  edilməsi   və ən əsası  da  9 mart  1917-ci ildə Sovet  imperiyasının Müvəqqəti Hökuməti  Qafqazda  çar idarəçilik sisteminin – canişinliyinin ləğv edilməsi barədə qərar verib, bunun  əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradıb, ardınca  da  14 fevral 1918-ci ildə Cənubi Qafqazdan-dan  Ümumrusiya parlamentinin Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratmışlar ki, sonradan  bütün bunlar  gələcəkdə dövlət olmamız  üçün, böyük bir subyektləşmə  oluşdurulmuşdur. Sonda  bu subyektivlik isə  1920 ci ildə Rusiya Bolşevik hökümətinin  Şimali Azərbaycanda Azərbaycan Sovet  Sosialist Respublikasını qurması  ilə   nəticələndi. Hərçənd  ki, bu  1918-ci ildə Şərqdə ilk qurulmuş  Azərbaycan Xalq Çümuhuriyyətinin devrilməsi ilə  baş tutdu.  Amma istəsək də istəməsək də bu da bizim tariximizdir.  Lakin o başqa məsələ ki, o zaman Azərbaycan Xalq Çümuhuriyyəti   devrilməsə  idi, biz müstəqil dövlət olaraq, indi yüz ildən artıq bir tarixə malik idik və onda da   təbii ki,  bu qədər   problemlərlə də qarşı-qarşıya qalmamış olardıq.
      
Bizdən asılı olmayaraq,  bütün bu proseslər  nə qədər ağrılı olsa da, amma   Rusiya   Bolşevik  Hökümtinin  1918-ci ildə yaradılmış Azərbaycan Xalq Çümuhuriyyətini devirib, əvəzində   Azərbaycan Sovet  Sosialist Respublikasını  yaratmaqla,  dolayısı   ilə gələcəkdə müstəqilliyimizin yenidən bərpası  üçün,   həm də  bir zəmim yaratmış odu.  Belə ki, Şimali Azərbaycanda yaradılan və keçmiş SSRİ-na  daxil olan Azərbaycan Sovet Sosialist   Respublikasınnın o zaman “simvolik” də olsa, ayrıca gerbi, bayrağı,  konistitusiyası, öz dövlət dili, kiril əlifbasi ilə də olsa öz ana dilində məktəbi   oldu və sonrakı  70 ildə də  bütün bunlar öz mövcudluğunu qoruyub saxlamaqla  yanaşı, o zaman bütün dövlət strukturları  da yaradılaraq  inkişaf etdirilmişdir  ki, bu da   dövlətçilik yolunda daha  da təkamülləşməmizə  nədən olmuşdur. Sovet  imperiyası  dağıldıqdan sonra  isə,   biz sadəcə  Sovet  Sosialist sözünü götürb, dövlət atributlarımızı da  dəyişməklə, 18 oktyabr 1991-ci ildə mütəqilliyimizi bərpasına nail olduq. 
    
Amma, nə yazıq ki biz o zaman müstəqilliyimizin bərpa etməkdə də, başqa ittifaq respublikalarından  geri  qalırdıq. Hansı ki, o zaman Sovet İttifaqı dağılırdı,  Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını  bizdən qabaq qəbul etmişdi. Rusiya çıxmışdı, Ukrayna çıxmışdı,  qalan ittifaq respublikaların əksəriyyəti çıxmışdı, biz isə    gözləyirdik və hətta belə bir vəziyyətdə   Sovet İttifaqının saxlanması ilə bağlı,   bir  referendum da heçirdik hələ. 
     
Məhz o zaman, bütün bu gedişatları  ilk olaraq Naxçıvanda  olan Heydər Əliyev düzgün dəyərləndirdiyi  üçün, hələ 1990-cı il noyabrın 17-də Onun   təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə  Naxçıvan Muxtar Respublikası  adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı  da ilk olaraq Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Yəni,  o zaman ilk olaraq Azərbaycanda, Naxçıvan  sovetsizləşdirilmişdir.
   
Nəhayət, yuxarıda da qeyd etdiyimiz kimi,  18 oktyabr 1991-ci ildə Azərbaycan da öz müstəqilliyini bərpa edib,  özünü  28 may 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətiniun varisi elan etmişdir.     


       
Qaldı 1988-ci ilin meydan hərəkatına, bu hərəkat  əsasən həmin ərəfədə “Ermənistan”dan soydaşlarımızın kütləvi şəkildə çıxarılmasına, Qarabağın Xankəndindəki   seperatçı  rejimin   o zaman ki  “Dağlıq Qarabağ”ın “Ermə-nistan”a  birləşdirilməsi ilə bağlı keçirdikləri mitinqlərdəki çağrışlarına və Moskovanın bütün bu hadisələrə qarşı səssiz qalmasına qarşı  idi. Ardınca bu hərəkat Qarabağın Topxana  meşəsində ağacların kəsilməsindən sonra daha da   möhtəşəm bir xarakter aldı ki, bütün bu etirazların fonunda, sonda  Rusiyanın ermənilərin xeyirinə sərgilədiyi mövqedən hiddətlənən xalq, Azərbaycanın Rusiyadan ayrılması  fikirini də səsləndirməyə başlamış oldu. Buna isə sanıram o zaman  gərək qalmırdı. Çünki, yuxarıda da qeyd etdiyim kimi, onsuz da zatən  SSRİ   dağılmaq astanasında  idi və dağıldı da. Sadəcə  biz,  o dövrdə zamana qarşı getdiyimiz üçün, yəni son fikirlərimizi və hərəkətimizi  doğru zamanı  gözləyib də   sərgiləmədiyimiz   üçün,   20 yanvar faciəsi ilə də üz-üzə qaldıq. Bəlkə də  1988-ci ildə Qarabağ  hadisələri olmasa  idi,   bu da olmayacaqdı. Yəni qısacası buna da bizi, sonda mənfur ermənilər təhrik etmiş oldular.  Amma nə yazıq ki, bu oldu. Odur ki,  həmin faciədə həlak olan bütün   şəhidlərimizə  allahdan rəhmət diləyir və ruhları qarşısında baş əyirik. Bizim ən böyük bəlalarımızdan  biri də,  məhz   tarixin müxtəlif  mərhələlərində tariximizi  bu gerçəklərdən  sapdırmalarımız olmuşdur.
      
O ki qaldı  Çar Rusiyasından tutmuş ,  SSRİ-na və sonra da onların sələfi indiki Rusiyaya,  bəli göründüyü kimi son  200  yüz   illik tariximizdə onlar   Şimali Azərbaycanda xalqımzıa qarşı  çox böyük  amansızlıqlar və zülümlər etmişlər. Ən böyük xəyanətləri isə, yuxarıda da qeyd etdiyim kimi bizim coğrafiyamızda bir erməni dövləti yaradıb, sonradan bütün torpaqlarımızı onlara  dədələrinin malı  kimi   peş çəkmələri olmuşdur.
      
Amma, bütün bu iki yüz illik tarixdə, millət olaraq həm cismani, həm də mənəvi məhv edilsək də, torpaqlar   itirsək də  sınmadıq,  tükənmədik, daima  gələcəyə ümidlə baxdıq.  Nəhayyətdə   də, çoxdan gözlədiyimiz o zaman   gəldi.  Tarix,  27  sentyabr 2020-ci il.



Məhz  bu   tarixdə  Azərbaycan  Dövlətinin,    son 27 ildə yürütdüyü düzgün siyasətinin   nəticəsi olaraq,  Qarabağda işğal altında olan ərazilərimizin   məhz hərbi-siyasi  yolla geri qaytarmaq  zərurəti yaranmış oldu. Belə ki,  son 27 ilin nəticəsi olaraq, məsələnin siyasi yolla həlli dalana dirəndi və bu da erməniləri ürəkləndirdi ki, onlar yeni-yeni ərazilər əldə etmək üçün, sərhədlərimizdə təxribatlar törətməyə başlasınlar və başladılar da.  Bundan istifadə edən Azərbaycan,  nəhayyət də BMT-nin 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməni (822, 853, 874 və 884), yenə də BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsini  və ermənilərin son həyasızlığını  əsas gətirərək, ermənilərin üzərinə əks hücuma keçdi. Artıq Azərbaycan 33 il öncəki Azərbaycan deyildi. Bunu anlayanlar anlayırdılar ki, Azərbaycan bu illər ərzində artıq  kifayət qədər iqtisadi güc  əldə edib, müasir döyüş  qabiliyyəti olan ordu qurub və ən əsası  isə xalq da bu yolda öz dövlətinin yanındadır. Yəni xalq torpağı üçün, vətəni üçün, tökülən qanların qisasını almnaq üçün, ölməyə belə hazırdır.          
      
Bəli elə də oldu, həmin gün, yəni 27 sentyabr 2020-ci il tarixdə bütün ölkə ayaqlandı. 7-dən 70 -ə hər kəs Vətən Müharibəsinə kilidləndi. Dəstə-dəstə, oynaya -oynaya, dillərində mahnı  ölümə yollandılar,   ölməz oğullar. Sanki, toya-düyünə gedənlər kimi. Onlar təkcə son  33  ilin qisasını   almaq üçün yox, son  200 ildə yığılıb qalmış  qisaslarını  almaq   üçün  gedirdilər. Yüz  illərlə alnımıza vurulmuş  namus   ləkəsini silmək üçün gedirdilər. Getdilər və 44 gündə, dünya hərb tarixində olmayan bir zəfərlə döndülər. Tarix, 8  noyabr 2020-ci il. Bu tarixdə Şuşanın alınması  ilə Azərbaycan demək olar ki,  Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll  edərək,  2020-ci il noyabrın  9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş  naziri daxil,  üçtərəfli Bəyanat  imzalandı. Əslində  10 noyabr 2020-ci  il tarixli bəyannamə,  tarixə   “Ermənistan”ın kapituliyasiya   aktı  kimi daxil  oldu. 
      
Bununla da, bu tarix bizim   1813-cü ildən bəri, heç  olmayan şanlı zəfər tariximiz, şərəf tariximiz   oldu.  Millətimin qamətinin dirçələn, son 200 ildə nigaran şəhid ruhlarının köks ötürüb, rahatlanan günü oldu bu tarix. Cümlə  Qarabağda və Şuşanın sərt  qayalarında   şəhadət şərbətini içib, qanları ilə dastan yazan şəhidlərimizin geriyə zəfərlə qayıdıb,  şanlarına qurbanlar kəsilən gün oldu, o gün.    Bəli, o gün, Qarabağda 33 ildir at oynadan “Ermənistan” diz çökdürüldü  və   dediyim kimi kapituliyasiya aktını imzalamağa məcbur edildi.  1913  və 1828-ci ildə, eyni aktı  imzalamağı Çar Rusiyasının Qacarlar İranını məcbur etdiyi kimi. 


                           
    
Bu gün, bu qələbənin sevincini bizlərə yaşadıb, nəhayyət də illərdir  gözlərimizdən axan kədər yaşlarını, sevinc  yaşlarına dönməsinə  vəsilə olan,   başda  Ali Baş Kpomandan olmaqla  Müzəffər Azərbaycan ordusuna, xüsusən də onun Xüsusi Təyinatlılarına öz   təşəkkürlərümüzü və şükranlarımız   bildiririk.                             
                        
     
Bu müharibədə şəhadət şərbətini içərək, qanları ilə dastan yazan  şəhidlərimizə allahdan rəhmət diləyir, ruhları qarşısında və onları  böyüdən analar qarşısında baş əyirik. Dünya var olduqca, bu millət  öz şəhidlərinin adlarını, başları üzərində  əbədiyyən   yaşadacaqdır.
   
 Son Vətən Müharibəsində şəhid olan minlərlə vətən övladlarından, Şəmkir rayon Yeniabad kəndindən  olan, əslən Qərbi Azərbaycanlı  Cavid   və  Çingiz   qardaşları.




       
44 günlük Vətən müharibəsində xalqımıza,  bir olub,    birlik olub, dövlətinin, Ali Baş Komandanın, ordusunun yanında olduqları  üçün də , çox sağol və var olun deyirik
      
Bu müharibədə,  yanımızda olub, bizə dəstək olan dost və qardaş,  tərəfdaş olan  ölkələrə, xüsusən də canımız  Türküyəyə alqış deyirik, var olun deyirik. Kim gəlir gəlsin, bu birliyə, bu qardaşlığa, bu gedilən yola əngəl ola bilməyəcəklər. Amma gəldilər, əngəl olmaq istədilər  amma, vız gəldilər, tırıs getdilər. Qərbdən gələn basqılar anlşaşılan idi, amma bizi ən çox arğıdan  isə “Tehran Respublikasından” gələn basqılar oldu.  Hətta o həddə oldu ki,  bir anlıq da olsa erməninin  duşmanlığını belə bizə “unutdurdular”.  O erməni ki,   mərdi -mərdanə deyir, Türk mənim düşmənimdir və Azərbaycanın da qarşısına düşmən kimi çıxır. Bəs “Tehran Respublikası”. Bütün davranış və tavırları ilə dostmudur, düşmənmidir, qardaşmıdır, dindaşmıdır anlaşılan deyil. Yəni görünən o ki, heç birindən də deyil, sadəcə sözdür. Bax onda buna deyərlər namərdlik. Ona görə də atalar deyib, namərd dostdansa, qardaşdansa, dindaşdansa, mərd düşmən yaxşıdır. Çünki, bilirsən ki düşməndir, bütün önləmlərini də ona görə alırsan. 


     
Vətən müharibəsinin gedişində və ondan sonra da, həm masada, həm sahədə böyük cəsarət, əzmikarlıq  və   fədəkarlıq  göstərib də,  bütün təhlükələri gözə alan,  qələbəmizin memarı Azərbaycan Respublikasının Prezidenti cənab   İlham Əliyevə  isə ayrıca olaraq,  bir daha    alqış deyir  və əmin etmək istəyirik ki, bu yöndə Azərbaycan xalqı   7-dən 70-ə yanınızdadır, arxanızdadır. Biz  millət olaraq, son 200 ildə  heç kimin yazmadığı bu zəfəri,  Azərbaycan  tarixinə qızıl həriflərlə yazan  Ali Baş Komandanımızı  heç kime yedirmerik. Bu gün bu qələbəni həzm etməyib, üstünüzə gələn iç və dış sırtlan sürülərinə, heç  belə.               
    
Eşq olsun, Azərbaycan xalqına! 
    
Eşq olsun, Ali baş Komandan başda olmaqla, Müzəffər Azərbaycan ordusuna, onun Xüsusi Təyinatlı larına! 
    
Eşq olsun,  vətənin hər qarış torpağı üçün, canlarını feda etmiş, vətən övladlarına!  Amalınız, amalımız, əmanətiniz əmanətimizdir!      
     
Qarabağ  Azərbaycandır!  Cümlə   “Ermənistan” Azərbaycandır.   Ardınca gələn isə, Turandır,   Bütöv Azərbaycandır! Çünki, zaman   bizim zamanımız, zaman artıq Türkün   zamanıdır!  


Ana səhifəyə qayıt        Baxış: 4 956          Tarix: 7-11-2021, 08:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma