
Prezident təqaüdçüsü, nüfuzlu Beynəlxalq müsabiqələrin laureatı, Köln Ali Musiqi Akademiyasının məzunu pianoçu Toğrul Hüseynli 11-16 iyul tarixində İspaniyanın Qranada şəhərində keçirilən Pianoçuların 7- ci Beynəlxalq müsabiqəsində böyük uğur qazanaraq 2-ci dərəcəli mükafata layiq görülüb.
Kult.az xəbər verir ki, müsabidə Azərbaycan, Rusiya, Çin, Koreya, Amerika, İngiltərə, İspaniya, Fransa, İtaliya və digər ölkələrdən təmsilçilər iştirak ediblər.
Müsabiqənin 1-ci dərəcəli laureatı rusiyalı məşhur pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin qalibi 35 yaşlı Evgeniy Stradubtsev, 3 cü dərəcəli laureatı isə P.İ.Çaykovski adına müsabiqənin laureatı 35 yaşlı Fyodor Amirov olub.
Qeyd edək ki, Toğrul Hüseynli Azərbaycanın tanınmış politoloqu Qabil Hüseynlinin oğludur.
Paylaş: