Xəbər lenti

 

"Mülk" surəsi - Quranın 67-ci surəsidir ki, 30 ayəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs gecə vaxtı "Mülk" surəsini oxuyarsa, əcri Qədr gecəsini əhya saxlayan kəsin savabı kimi olar". Həzrət (s) hər gecə yatmazdan əvvəl bu surəni tilavət edirdi. (Tebyan)

Həzrət Rəsuli-Əkrəm (s) başqa bir hədisdə buyurur: "İstəyirəm ki, "Mülk" surəsi hər bir möminin qəlbində olsun".
Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, "Mülk" surəsi bu surənin sahibi və qarisi tərəfindən Qiyamət günü mücadilə ediləcəkdir. Onun üçün bağışlanma diləyəcəkdir".
Ovqat.com deyerler.org-a istinadən bildirir ki,  bu surinin dəyərli olması ona görədir ki, nicatvericidir. İbni Abbas nəql edir: "Bir kişi bir qəbrin üzərində əyləşmişdi və bilirdi ki, bu qəbirdir. "Mülk" surəsini qiraət edirdi, anidən yüksək bir səs eşidir ki, deyir: "Bu surə - nicatrvericidir". Bu mövzunu Peyğəmbərə (s) ərz edir. Həzrət buyurur: Bu surə qəbir əzabından nicat verəndir".
İmam Baqir (ə) bu surənin fəziləti haqqında buyurur: ""Mülk" surəsi - maneə surəsidir. Qəbir əzabına mane olar. Tövratda da "Mülk" surəsi yazılmışdır. Hər kəs gecə vaxtı bu surəni qiraət edərsə yaxşı, çoxlu və pak əməl yerinə yetirmiş olar. Mən işa namazından sonra əyləşmiş halda həmin surəni qiraət edirəm. Atam İmam Səccad (ə) bu surəsini gecə və gündüz qiraət edərdi. Hər kim bu surəni qiraət edər, o zaman ki, Nəkir və Məkir ayaqları tərəfdən qəbrə daxil olar, ayaqları onlara deyər: "Sizə məndən yuxarıya yol yoxdur. Çünki bu Allah bəndəsi bizim üzərimizdə dayanmış və "Mülk" surəsini gecə və gündüz oxumuşdur". Əgər qarın tərəfindən gəlsələr, onlara deyilər ki, sizə bu bəndəyə yol yoxdur. Çünki o, sinəsini "Mülk" surəsinin yeri qərar vermişdir. Əgər Nəkir ilə Məkir baş tərəfindən gəlsələr, dil o ikisinə deyər: "Sizə məndən aşağıya yol yoxdur. Çünki bu Allah bəndəsi mənim vasitəmlə "Mülk" surəsini hər gecə və hər gündüz qiraət etmişdir".
Həzrət Peyğəmbər (s) buyurur: "Allah kitabında bir surə vardır ki, 30 ayəsi vardır. Hər kəs yatmazdan əvvəl onu oxuyarsa, Allah ona 30 həsənə yazar. 30 günahını pak edər. Dərəcəsinə 30 dərəcə əlavə edər. Allah mələkləri məmur olar ki, qanadlarını onun üzərinə salsınlar və onu hər bir bəladan qorusunlar, o zamana qədər ki, yuxudan ayılar. Bu surə sahibi tərəfindən Qiyamət günü mücadilə edər. Bu surə - "Mülk" surəsidir".
İmam Sadiq (ə) buyurur: "Hər kəs "Mülk" surəsini vacib namazında, ya ondan əvvəl qiraət edərsə, səhərə qədər İlahi amanda olar, o zamana qədər ki, behiştə daxil olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Quranda bir surə vardır ki, 30 ayəsi vardır. Öz qiraət edənini o qədər şəfaət edər ki, onu bağışlasınlar. Bu surə - "Mülk" surəsidir".
Həmçinin buyurur: "Hər kəs "Mülk" surəsini qiraət edər, ona qəbir əzabından nicat verər. Qədr gecəsi əhya saxlayanın əcri ona əta olunar. Hər kəs bu surəni hifz edər, onun qəbirdə ənis və munisi olar. Onu qəbirdə hər hadisə və əzabdan qoruyar. Onu Allaha yaxınlaşdırar o zamana qədər ki, behiştə daxil olar. O halda ki, qəbir dəhşətindən amanda olar".
Quran oxumaq və onun savabını ölənlərə hədiyyə etmək - onların axirət giriftarlıqlarını aradan qaldırar və bağışlanmaqlarına səbəb olar. Həzrət Peyğəmbər (s) bu hadqa buyurur: "Hər kəs "Mülk" surəsini qiraət edər və vəfat etmiş qardaşına hədiyyə edərsə, savabı işıq sürəti ilə ona çatar. Əzabda günahları yüngülləşdirilər. Qəbirdə munisi olar".
İmam Sadiq (ə) buyurur: "Hər kəs "Mülk" surəsini meyit üçün oxuyarsa, olduğu əzabı yüngülləşər. Əgər qiraət edən ölənlərə hədiyyə edərsə, savabı işıq sürəti ilə onlara çatar".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, dişi ağırıyır, barmağını ağrıyan dişinə qoysun və "Mülk" surəsinin 23-cü ayəsini yeddi dəfə oxusun".




Ana səhifəyə qayıt        Baxış: 1 365          Tarix: 17-08-2017, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma