Xəbər lenti

 

Merac hadisəsinin, necə deyərlər, merac səyahətinin məqsədi insanlara hansısa bir möcüzəni göstərmək deyildi.

Ovqat.com muselmanlar.com-a istinadən bildirir ki, Allah Təala bu səyahətin məqsədinin Öz bəndəsinə, yəni, Muhəmməd peyğəmbərə (s. a. v.) bir sıra ayələri göstərməkdən ibarət olduğunu bildirib. Bunu aşağıdakı Quran ayəsində öyrənirik:

"Bir sıra ayələrimizi ona (peyğəmbərə) göstərmək üçün Öz qulunu (bəndə) bir gecə Məscidi-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidi-Əqsaya (yer üzünə ən uzaq olan məscidə) aparan O Allah hər növ nöqsandan uzaqdır (pak və müqəddəsdir). Həqiqətən də, O, eşidəndir, görəndir".

Bu səyahət insanın iqtidarında olmadığına görə fövqəladə bir hadisədir, amma peyğəmbərliyi sübut etmək üçün olan möcüzələrdən deyil. Çünki bu hadisəyə ancaq peyğəmbər özü şahid olub. Halbuki, möcüzələr peyğəmbərliyi isbat etmək üçün insanların gözünün qabağında nümayiş etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 024          Tarix: 3-09-2017, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma