Xəbər lenti

 İnterpolun terrorizmdə şübhəli bilərək axtardığı üç Türkiyə vətəndaşı 2016-cı ildə bir neçə ay Gürcüstan patriarxı II İlyanın evində gizlənib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rustavi-2” televiziyası patriarxın keçmiş mühafizə rəisi Soso Oxanaşvilinin məhkəmədəki ifadəsinə əsasən yayıb. Oxanaşvilinin sözlərinə görə, patriarx terrorçuların olduğu evdə yaşamayıb:

“Terrorçular burada aprel ayında aşkarlanıblar. Bundan sonra bəlli olub ki, onlar bu evə patriarxın katibi Şoren Tetruaşvilinin göstərişi ilə yerləşdiriliblər. Onlar aşkarlandıqdan sonra biz mühafizə orqanlarına müraciət etdik, amma heç bir reaksiya olmadı. Bir neçə gün sonra terrorçular ölkəni tərk etdilər”.




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 18-09-2017, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma