Xəbər lenti

 

ATV-nin tanınmış aparıcısı Azər Zahid işdən çıxarılıb.

Ovqat.com azxeber-ə istinadən bildirir ki, aparıcı bu hadisədən sonra ölkədən qaçıb.

Portal məsələ ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, Azər Zahid hazırda Dubayda istirahətdədir.

O telekanaldan bir neçə həftə öncə ayrılmaq qərarı verib. Buna səbəb aparıcının telekanalın ATV dizayn qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə dava etməsi olub. Belə ki, telekanalda yayımlanan “Top ulduzlar” layihəsinin çəkilişi zamanı ikili dava edib və münasibətlər pozulub. Bu səbəbdən də layihənin yarıdan çoxu efirə verilməyib. Buna qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də Azər Zahid kimi işdən çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 206          Tarix: 28-09-2017, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma