Xəbər lenti

 

İsveçrənin bəzi zooparklarında vəhşi heyvanları ziyarətçilərin gətirdiyi ev heyvanları ilə yemləyirlər. 

Ovqat.com musavat.com-a istinadən bildirir ki, Sürix zooparkının direktoru Aleks Rubel deyib ki, onlara lazımsız dovşanları, dəniz donuzlarını və kiçik siçanları gətirirlər. Zoopark başqa heyvanları, o cümlədən pişik və itləri qəbul etmir. "Veterinar dəniz donuzlarını və dovşanlarını öldürür. Daha sonra isə onları yemələri üçün şirlərə, pələnglərə verirlər" - bunu da Rubel deyib.

Bern şəhərindəki Daehlhoelzli zooparkına da ev heyvanlarını gətirirlər. Zooparkın əməkdaşı Mark Rosset iddia edir ki, bu, həftə ərzində 1 və ya 5 dəfə baş verir. Onun sözlərinə görə, gətirilən ev heyvanları öldürüləndən sonra zooparkın yırtıcı heyvanlarının qabağına yem olaraq atılır. 

İyun ayında isə xəbər yayılmışdı ki, naməlum şəxslər Çinin Çaçjou şəhərində pələnglərin yeməsi üçün eşşəyi onların qəfəsinə atıblar. Daha sonra onlar yırtıcı heyvanlara yemələri üçün keçi atmaq istəsələr də, buna zooparkın izləyiciləri, eləcə də təhlükəsizlik xidməti əməkdaşları mane olublar. İyul ayında ölən eşşəyə heykəl də qoyulub.




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 29-09-2017, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma