Xəbər lenti
 
Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir.
 
Ovqat.com xəbər verir ki, “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.
 
Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.



Ana səhifəyə qayıt        Baxış: 813          Tarix: 27-04-2017, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma