Ətrafa gözəl ətir saçmaq hər bir qadının istəyidir. Özünüzə uyğun parfüm axtarır və ətrinizi dəyişdirmək istəyirsinizsə, Ovqat.com-un ailem.az-a istinadən təqdim etdiyi məsləhətlərdən yararlanın.
Parfümü dəriyə sıxaraq yoxlayın
Parfümü kiminsə tövsiyəsi ilə deyil, dərinizə sıxaraq seçin. Çünki bir parfüm hər dəridə fərqli qoxular verir.
Bol sıxmayın
Çox parfüm sıxmaq burnunuzun bu qoxuya daha həssas olmasına və düzgün seçim etməyinizə mane ola bilər.
Bir ətirlə kifayətlənməyin
Eyni parfümdən istifadə etmək müəyyən müddət sonra vərdiş halına gəlir, qoxunu hiss edə bilmirsiniz. Bu da parfümə qarşı istəksizlik yaradır. Ona görə də bir neçə parfüm seçməyə üstünlük verin.
Parfüm alacağınız gün üstünüzə başqasını vurmayın
İki qoxu bir-birinə qarışar və parfüm seçməyinizə mane ola bilər. Ona görə də parfüm alacağınız gün üzərinizə başqa ətir vurmayın.
Paylaş: