Xəbər lenti

 

İranlı biznesmenin oğlunu Sumqayıtda qətlə yetiriblər.

Tibb Universitetinin 5-ci kurs tələbəsi olan gənci Novxanıdakı bağ evində boğublar. Bildirilir ki, qatil 1994-cü il təvəllüdlü Möhtati Saamanı yastıqla boğub. İranlının evində quraşdırılmış müşahidə kamerası 4 maskalı şəxsin binaya necə daxil olduğunu qeydə alıb. Məlumata görə, cinayətkarlar evdən 50 min manat oğurlayıblar.

Məlumata görə, Möhtati və ailəsi tez-tez bağ evinə gedirmiş. Həmin villada hətta kliplər və verilişlər də çəkilirmiş. Deyilənə görə, orda serial da çəkilib.

Asayiş keşikçiləri artıq şübhəlilərin izinə düşüblər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 13-10-2017, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma