Xəbər lenti

 

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
 

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən xərəbərə görə aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində "OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb. Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb. İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.
Qeyd edək ki, Rusiya Federasiyasının paytaxtı Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ərəfəsində düşmən tərəfi proseslərin səmtini dəyişmək üçün bu dəfə də öz məkrli planlarını həyata keçirmək üçün bir sıra cəhdlər edib. Buna görə də, Füzuli rayonu ərazisinə top mərmilərinin yağdırılması həmin cədlərin bir parçası olduğunu sübut edir. Ermənistan tərəfinin bu təxribatları fiaskoya uğramışdır. Artıq sülh danışıqlarının dalana dirəndiyi Moskva görüşündə bir daha isbat olundu. Rusiyanın Ermənistanda 1998-ci ildən indiyə kimi hakimiyyətdə olan “müharibə partiyası”nın nazı ilə oynamayacağı artıq son dönəmlərdə diplomatik çevrələrdən KİV-in əsas müzakirə mövzusuna çevrilib.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 025          Tarix: 29-04-2017, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma